Tarix : 2011 Nov 06
Kod 26421

“Azərbaycanda İslama qarşı münasibət heç SSRİ hakimiyyətində də olmayıb”

Mənəvi Saflığa Dəvət'' İctimai Birliyinin sədrinin fikrincə Azərbaycan Respublikasında hal hazırda İslama qarşı olan rəsmi mənfi münasibət heç SSRİ hakimiyyətində də olmayıb
well/Aran agentliyi

Mənəvi Saflığa Dəvət" İctimai Birliyinin sədrinin fikrincə Azərbaycan Respublikasında hal hazırda İslama qarşı olan rəsmi mənfi münasibət heç SSRİ hakimiyyətində də olmayıb.

Ölkə Parlamentində Cinayət Məcəlləsində dini fəaliyyətlərlə bağlı maddələrdə dəyişikliklərin həyata keçirilməsinin müzakirəsini Fəlsəfə doktoru, ilahiyyatçı Elşən Mustafaoğlu absurd addım sayıb.

Qeyd etmək lazımdir ki, təklif olunan dəyişikliklər əsasən dini fəaliyyət, eləcə də dini kitab və əşyaların qanunsuz satışı, idxalına qoyulan cərimələri daha də ağırlaşdırır, eyni zamanda həbs cəzası nəzərdə tutulur və dəyişikliklərə görə, dini ədəbiyyat və əşyaların yayılmasına sərt cəzalar müəyyən olunur. CM-in 167-2.1-ci maddəsinə əsasən müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, satış və yaymaq məqsədilə idxal etmə, satma və yayma 5000 manatdan 7000 manatadək cərimə və ya 2 ilədək müddətində həbslə cəzalandırılır. 167-2.2 maddəyə əsasən eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, təkrar törədildikdə, vəzifəli şəxs tərəfindən və qulluq mövqedən istifadə etməklə törədildikdə 7000 manatdan 9000 manatadək cərimə və ya 2 ildən 5 ilədək həbslə cəzalandırılır.

İlahiyyatçı Elşən Mustafaoğlu vurğulayıb : "Əxlaqsızlığı, yaxud aqressiyanı, cəhaləti, xurafatı, mənəviyyatsızlığı təsvir edən ədəbiyyat, əşyalar və o məzmunlu materialları istehsal və idxal etmək, satmaq və yaymağa görə qanunda heç bir maneə nəzərdə tutulmur, bunlar qanunla məhdudlaşdırılmır. Amma məsələn, biri Quran ayəsi təsvir olunmuş bir tablo - dini əşyadır deyə, yaxud Qurani-Kərim və ya İncil - dini ədəbiyyatdır deyə, satacaqsa, onu 2 il həbs də gözləyə bilər. Qanunda dinə belə aqressiv münasibət hətta SSRİ zamanı da müşahidə olunmayıb".

E.Mustafaoğlu deyir ki, vergilərdən yayınan, dövlət malını talan edənlərə qarşı belə 5-9 min manatlıq cərimələr tətbiq edilmədiyi təqdirdə təsbeh satanı bu şəkildə cəzalandırmağa adı vermək mümkün deyil: "Biri canamaz, Kəbə şəkli, yaxud qibləni göstərən kompas, xaç satmağa görə bu qədər sərt cəzalarla üzləşəcək, amma digəri mənəviyyatsızlığı təbliğ edən məhsulları sərbəst satacaq. Biri dini məzmunlu filmi satmaqda əngəllərlə üzləşəcək, digəri əxlaqsızlığı təbliğ edən filmləri rahatca yayacaq. Bunu necə izah edək? Quran satışı, yaxud çapına görə də 5-7 min manat cərimə olar? Əlbəttə, qanunvericilik bu məsələləri tənzim etməlidir, amma bu insanların dini haqlarının belə sərt şəkildə məhdudlaşdırılması hesabına olmamalıdır. Qanun tam mənası ilə vətəndaşlarımızın dini etiqad azadlığını təmin etməlidir".

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 06