Tarix : 2011 Nov 06
Kod 26424

Cəlili ABŞ əleyhinə yeni faktları rəsmi surətdə elan etdi

Ölkəmizin Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ABŞ əleyhinə yeni faktları xalqa gösrətməklə rəsmi surətdə açıqladı
well/Aran agentliyi

 

Ölkəmizin Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ABŞ əleyhinə yeni faktları xalqa gösrətməklə rəsmi surətdə açıqladı.

"Arannews"in verdiyi məlumata əsasən, ölkəmizin Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili 13 abanla bağlı keçirilən mərasimdə öz çıxışının əvvəlində İran İslam İnqilabının ABŞ-la qarşılaşmasını iki intellektual çərçivədə olan qarşıdurma olduğuna təkid etdi.

Cəlili, qərbin dini demokratiyanın 1%-in 99% üzərindəki dominantlığına müxalif olmasını bildiyini bəyan edərək dedi: "Kapitalizm əvvəldən terrorizm üzərində formalaşmışdır".

Milli Təhlükəsizlik Şurasının katibi ABŞ ölkəsinin özünün keçirdiyi sorğuya əsasən, ABŞ dünya xalqlarının 85%-dən çoxunun nifrət etdiyi bir ölkə olmasına da işarə etdi.

O, həmçinin dedi: "ABŞ dövləti bu ölkənin dünya xalqlarının 85%-dən çoxnun nifrətini qazanması barədə öz xalqına izah verməlidir".

Ölkəmizin Milli Təhlükəsizlik Şurasının katibi çıxışının davamında dedi: "Bu günləri ABŞ nüvə və qadağan olunmuş silahdan istifadə edən yeganə günahkardır və bunun üçün mühakimə olunmalıdır".

Cəlili artırdı: "Möhkəm faktlar əsasında, ABŞ-ın insan haqları zəminində əsas təqsirkar olmasını deyirik. ABŞ dövlətinin İrana qayıtmaq yuxusu təbir olunmayacaq".

O təkid etdi: "Bu günləri danılmaz və möhkəm faktlarla göstəririk ki, ABŞ rəsmi olaraq öz qüvvələrini İran və region xalqları əleyhinə işlətmişdir".

Milli Təhlükəsizlik Şurasının katibi həmçinin təkidlə bildirdi: "Öz terrorçu əməllərinə görə ABŞ-ı mühakimə edəcəyik".

Cəlili artırdı: "Keçən son iki ildə BMT-yə ABŞ əleyhinə təqdim etdiyimiz faktlardan əlavə, bu günləri ictimaiyyət qarşısında təzə faktlardan ikisini göstəririk".

Mərasimin davamında ölkəmizin Milli Təhlükəsizlik Şurasının katibi ABŞ əleyhinə olan bu iki sənədi xalqa göstərməklə rəsmi surətdə açıqladı.

Cəlili dedi: "Bu sənəd İsveçrənin Tehrandakı səfirliyinə təqdim olunacaq".

 

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 06