Tarix : 2011 Nov 06
Kod 26425

Dağlıq Qarabağ separatçılarının lideri ABŞ-a gedir

O, “Hayastan” fondunun telemarafonunda iştirak etmək istəyir
well/Aran agentliyi

Dağlıq Qarabağ separatçılarının lideri və Qarabağdakı erməni kilsəsininin arxiyepiskopu Parqev Martirosyan ABŞ-ın Ermənistandakı səfirliyində olublar. ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, onların hər ikisi “Hayastan” fondunun növbəti telemarafonunda iştirak etmək istəyirlər. Lakin Bako Saakyan və Parqev Martirosyanın ABŞ-a nə vaxt səfər edəcəkləri açıqlanmayıb. Qarabağ separatçıları səfərin vaxtının daha sonra elan ediləcəyini bildiriblər.

Qeyd edək ki, “Hayastan” fondu 1996-cı ildən bu yana hər il ABŞ-da telemarafon keçirərək, vəsait toplayır.

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 06