Tarix : 2011 Nov 06
Kod 26436

Dörd İran raketi 1 milyon israillini qaçqına çevirəcək

''Sionist rejiminin çətin şəraitdə zərbə görməsi İrandan çoxdur
well/Aran agentliyi

 

Beynəlxalq məsələlər üzrə ekspert İranın dörd adi raketi ilə 1 milyon israillinin köçkünə  çeviriləcəyini açıqlayaraq dedi: "Sionist rejiminin çətin şəraitdə zərbə görməsi İrandan çoxdur. Çünki əgər İsrail İrana hətta yüz raket atsa belə İranda bir ailə də köçkün olmayacaq".

Beynəlxalq məsələlər üzrə ekspert  Səidullah Zarei, sionist rejiminin müdafiə naziri Ehud Barakın İsrailin İrana hücumunun yaxın olması barədəki bəyanatına işarə edərək dedi: "Əgər bir-iki gün gözləsəz, cənab Barakın öz səhvini başa düşməsini və sözlərini geri götürəcəyini görəcəksiniz".

Zarei, İranın dörd adi raketi ilə 1 milyon israillinin köçkünə  çeviriləcəyini açıqlayaraq dedi: "Sionist rejiminin çətin şəraitdə zərbə görməsi İrandan çoxdur. Çünki əgər İsrail İrana hətta yüz raket atsa belə İranda bir ailə də köçkün olmayacaq".

Ekspert artırdı: "Məcburi surətdə vadar olunduğumuz müharibədə (İran-İraq müharibəsi) İranın 10 əyaləti müharibə içində idi. Amma biz ölkədən xaricə qaçan görmədik. Hətta, başdan-başa müharibə içində olan Xuzistan əyalətinində də bu problemlə üzləşmədik və heç bir xuzistanlı ölkəni tərk etmədi, xuzistanlılar asanlıqla ölkənin hər tərəfində yerləşə bildilər. Amma əgər İran işğal olunmuş ərazilərə 4 raket atsa, 1 milyon israilli işğal olunmuş əraziləri və Fələstin torpaqlarını tərk edəcək. Keçmiş 50 ildə İran müharibə zamanı mühacirət problemi ilə üzləşməyən tənha ölkə olmuşdur".

Səidullah Zarei İranın balistik raketlərinin İsraili darmadağın edə biləcəyi gücündə olmasını bildirərək dedi: "İran raketlərinin İsrailə atılması dövlət büdcəsinə heç bir xərc gətirməyəcək. Çünki İran dünyanın 35 ölkəsinə raket satır. Bu raketlərin satışının qazancından tətbiqi raketlərə xərclənir və çox az xərclə Təl-Əvivi və işğal olunmuş əraziləri yerinə oturtmaq olar".

Ekspert sionist dairələrinin "birinci İsrail raketinə İran 15 min raketlə cavab verəcək" kimi açıqlamalarına da münasibət bildirərək dedi: "İran raketlərini gücü kobud təhdidlərə cavab vermək üçün deyil, çünki sionistlər özləri də bilirlər ki, İran hər bir hücuma qətiyyətli və əzici cavab verəcək".    

  • Yazılıb
  • da (də) 2011 Nov 06