Tarix : 2011 Nov 06
Kod 26437

Azərbaycanı Liviyanın taleyi gözləyir

Azərbaycan rəsmilərinin qara siyahısı hazırlanır və güman edilir ki, gələn il insan haqlarının pozulmasına görə bu ölkəyə girmələri qadağan olunsun
well/Aran agentliyi

 

Azərbaycan rəsmilərinin qara siyahısı hazırlanır və güman edilir ki, gələn il insan haqlarının pozulmasına görə bu ölkəyə girmələri qadağan olunsun.

REAL hərəkatının sədri və Azərbaycanın siyasi eksperti bu ölkənin BMT TŞ-nın üzvü olmasını Azərbaycan üçün yaxşı aqibəti olmayacağını düşünür. Bu da Bakının sözü gedən təşkilatda üzvlüyünü "böyük diplomatik qələbə" adlandıran Elmar Məmmədyarovun düşüncələri ilə uyğun gəlmir.

Aravutun verdiyi xəbərə əsasən, Azərbaycanın siyasi eksperti artırdı: "Əgər Azərbaycan BMT TŞ-nın üzvü olmaqla beynəlxalq təzyiqlərin azalacağını və bu ölkənin etibarının yüksələcəyini təsəvvür edirsə, bərk səhvdədir. İki il bundan qabaq Liviya da BMT TŞ-nın üzvü olmuşdu. İndi hamımız Liviyadakı hadisələrin şahidiyik".

O xatırladı: "Bu senarinin Azərbaycan üçün də təkrarlanmayacağına heç bir zəmanət yoxdur".

Bakının Poligon informasiya agentliyi yazır: "Azərbaycanla qərbin əlaqələri yenidən soyuya bilər. Çünki Avropa bu ölkənin korrupsiyaya ilə mübarizəsindən, tapşırılmış öhdəlikləri yerinə yetirməməsindən narazıdır. Qərb, Bakı qarşısında çox ciddi məsələlər qoymuşdur və korrupsiyaya ilə mübarizəyə hakim dairələrdən başlamalıdır.

Azərbaycan dövlətinin özü fasiddir. Çünki bu dövlət 15 ildən artıqdır ki, hökumət başındadır. Ona görə də o, öz komandası ilə birlikdə istefa verməlidir, onların yerinə tamamilə təzə şəxslər iş başına gəlməlidir. Ondan sonra qərb icra çərçivəsində islahatlar həyata keçirəcək və son hədəfi prezident nümayəndələrini ixtiyarlarının azaldılması olacaq".

Həmçinin, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza bu ölkənin iqtisadiyyatını orta əsrlərdəki xanlıq dövrünə oxşadaraq, dedi: "Başarıqlı şirkətlər bir-birinin ardınca Azərbaycanı tərk edirlər. Son altı ayda 20 aparıcı şirkət Azərbaycandan çıxmışdır. Bu ilin sonuna kimi bu rəqəmin iki dəfə artacağı gözlənilir. Bu da Azərbaycandakı korrupsiya və rüşvətxorluqdan xəbər verir".

Qardiyen qəzeti yazır: "Qərb, Azərbaycanın demokratiyadan təqlid etməsinə çox təkidlidir. Azərbaycanın "bizim yolumuz demokratiya yoludur" şüarı həqiqətlə uyğun gəlmir. Bu təbliğatda məqsəd Avropa ilə ticarət səhnəsində əlaqələri saxlamaq, Rusiya əleyhinə eneretika təhlükəsizliyinin yenidən dirçəlməsindən sonra Avropa liderləri ilə neft və qaz müqavilələri bağlamaqdır".

ABŞ və Avropa bütün siyasi məhbusların azadlığını tələb etdilər. Əliyev dövləti bu tələbin cavabında Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasseri öz məmuriyyətini dəyişmədiyi üçün ölkəyə girişinə viza vermədilər. Avropa, Azərbaycanın insan haqları barədə vəziyyətnin olduqca acınacaqlı olduğunu düşünür.

Azadlığın verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obamanın göstərişi ilə Azərbaycan rəsmilərinin qara siyahısı hazırlanır və güman edilir ki, gələn il insan haqlarının pozulmasına görə bu ölkəyə girmələri qadağan olunsun.

Qeyd edək ki, ABŞ və Avropa ölkələri Azərbaycanın BMT TŞ-nın qeyri-daimi üzvü olmasına müxalif səs verdilər. Bunun cavabında prezident İlham Əliyev Azərbaycan Respublikasının ABŞ-dakı səfiri Yaşar Əliyevin vəzifəsindən geri çağırılması haqqında sərəncam verdi.

  • Yazılıb
  • da (də) 2011 Nov 06