Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan və Qarabağdakı erməni kilsəsininin arxiyepiskopu Parqev Martirosyan ABŞ-a səfər edəcəklər
well/Aran agentliyi
Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan və Qarabağdakı erməni kilsəsininin arxiyepiskopu Parqev Martirosyan ABŞ-a səfər edəcəklər.
ANS PRESS-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, onların hər ikisi "Hayastan" fondunun ABŞ-da növbəti telemarafonunda iştirak etmək istəyirlər.
Lakin, Bako Saakyan və Parqev Martirosyanın ABŞ-a nə vaxt səfər edəcəkləri açıqlanmayıb.
Qarabağ separatçıları səfərin vaxtının daha sonra elan ediləcəyini bildiriblər.
Qeyd edək ki, "Hayastan" fondu 1996-cı ildən bu yana hər il ABŞ-da telemarafon keçirərək, Dağlıq Qarabağ separatçılarına vəsait toplayır.
Bundan əlavə hər il ABŞ konqressi 10 milyon dollar Dağlıq Qarabağ separatçılarına dırnaq arası humanitar yardım ayırar.