Tarix : 2011 Nov 07
Kod 26444

Türkiyə xalqı NATO-nun RƏM sistemi barədə imza toplayıb

Türkiyə xalqı imza toplayaraq, bu ölkə hökumətinin NATO-nun raket əleyhinə müdafiə sisteminin bu ölkə ərazisində quraşdırılması ilə razılaşmasını pisləyib
well/Aran agentliyi

 

 

Türkiyə xalqı imza toplayaraq, bu ölkə hökumətinin NATO-nun raket əleyhinə müdafiə sisteminin bu ölkə ərazisində quraşdırılması ilə razılaşmasını pisləyib.

Press TV-nin məlumatına görə, Türkiyənin şərqində yerləşən Malatiya şəhərinin sakinləri Ankaranın NATO-nun RƏM sistemi ilə bağlı qərarına etiraz olaraq imza toplamağa başlayıb.

Türkiyə hökuməti cari ilin sentyabrında bildirib ki, NATO-nun raket əleyhinə müdafiə sisteminin bu ölkə ərazisində yerləşdirilməsi ilə razılaşıb.

Türkiyə hökuməti bu ölkə xalqının NATO-nun RƏM sistemi ilə geniş müxalifətlərinə və etirazlarına baxmayaraq, iddia edir ki, bu sistem region ölkələrinə qarşı təhlükə sayılmır və problem mənbəyinə çevrilməyəcək. ABŞ rəsmiləri isə son zamanlar etiraf ediblər ki, NATO-nun RƏM sistemi sionist rejimin maraqlarını təmin etmək üçündür.

  • Yazılıb
  • da (də) 2011 Nov 07