Tarix : 2011 Nov 07
Kod 26446

Dindar dekandan dəhşətli addım

Hazırda dekanın özünü hansı səbəbdən doğradığı haqqında araşdırma aparılır
well/Aran agentliyi

 

Bir neçə gün əvvəl Bakının Xətai rayonunda intihar edən 50 yaşlı kişinin kimliyi bəlli olub. “Qafqazinfo”nun məlumatına görə, iki gün əvvəl 1961-ci il təvəllüdlü Firudin Məmmədovun Xocalı prospektində etibarnamə ilə idarə etdiyi avtomobildə damarlarını kəsərək intihar etdiyi haqda məlumat yayılmışdı.

Əldə olunan məlumata görə, özünü öldürən İslam Universitetinin şəriət fakultəsinin dekanı, Hacı Firudun Məmmədovdur. Hazırda dekanın özünü hansı səbəbdən doğradığı haqqında araşdırma aparılır. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.

  • Yazılıb
  • da (də) 2011 Nov 07