Tarix : 2011 Nov 07
Kod 26448

Dindarlar alternativsiz qüvvədir

Azərbaycan faktiki olaraq inqilablar və katakalizmlərin yaşandığı ərəb dünyasının aqibəti ilə üzləşə bilər
well/Aran agentliyi

 

Nəzərə alaq ki, İslam və onun ideyaları bu gün böyük kütlələrə hakimdir.

Bu bir faktdır ki, ərəb dünyasında baş verən inqilablarda islamçılar hakimiyyətə gəliblər. Analoji durumun Azərbaycanın da başına gələ biləcəyi ehtimalları böyükdür. Azərbaycandan uzaqda olan ərəb dünyasına deyil, qonşuluqdakı Türkiyəyə diqqət yetirmək yerinə düşər. Çünki bu ölkədə Ərdoğanın rəhbərliyi altında islamçılar hakimiyyətə gəliblər. Bütün bunlar Azərbaycanda müsəlmanların hərəkətlənməsinə səbəb ola bilər. Ona görə də, hakimiyyət maksimum radikal vasitələrlə dindarları susdurmağa çalışır. Təəssüf ki, hakim partiya indiyə qədər yalnız korrupsiya ilə məşğul olub və bunun fonunda əhalinin böyük bir qismi, xüsusən də gənclərin dinə meyillənməsi baş verib. Onu da diqqətdən yayındırmaq olmaz ki, bu gün Azərbaycanın siyasi səhnəsində olan Müsavat və AXCP kimi aparıcı partiyalar əhali arasında dindarlarla müqayisədə populyar deyillər. Belə olan təqdirdə, düşünmək olar ki, hazırkı vəziyyətdə Azərbaycanın siyasi səhnəsində dindarlar alternativsiz qüvvə olmaq imkanına malikdirlər. /HaqqYolu/

Politoloq Rasim Ağayev

 

 

  • Yazılıb
  • da (də) 2011 Nov 07