Tarix : 2011 Nov 08
Kod 26462

Ayətullah Nuri Həmədani: :İran ilə Azərbaycan Respublikasının müsəlman xalqlarının vəhdəti, birli...

İranın İslami quruluşu yoxsullar və məzlumların himayəçisidir və dünyadaki hər bir məzlumu himayə edir
well/Aran agentliyi

Qumda təqlid mərcələrindən olan Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov ilə görüşdə müsəlmanların birliyi zərurətinə təkid edərək, deyib:" İslam dini dostluq , məhəbbət, birlik və həmrəylik dinidir".

Təqlid mərcəyi Ayətullah Nuri Həmədani Azərbaycan Respublikasının Tehrandakı səfiri ilə görüşdə sonra deyib:" İran İslam Respublikası ilə Azərbaycan Respublikasının müsəlman xalqlarının vəhdəti, birliyi və möhkəmliyi iki tərəfin xeyrinədir və qarşılıqlı himayələrə səbəb olacaq".

Ayətullah Nuri Həmədani İran İslam Respublikasında insani dəyərlərə əsasən olan siyasətə işarə edərək, deyib:" İranın İslami quruluşu yoxsullar və məzlumların himayəçisidir və dünyadaki hər bir məzlumu himayə edir".

Vəhhabilik firqəsinin təfriqəçi nüfuzu və fəaliyyətləri haqda xəbərdarlıq edən Ayətullah Nuri Həmədani sonra belə vurğulayıb:" Bu firqə aqressiv işlər həyata keçirməklə müsəlmanlar arasında təfriqə törətmək istəyir".

Ayətullah Nuri Həmədani İslam ölkələrində xalqın istəklərindən biri kimi dini azadlıqların təmin edilməsi zərurətinə təkid edərək, Azərbaycan Respublikası rəsmilərindən, bu respublika xalqının dindarlıq keçmişi habelə, xalqın dini dəyərlərə diqqət yetirməsinə görə, bu xüsusiyyətlərin davam etməsi və qorunmasına diqqət yetirmələrini istəyib.

Böyük təqlid mərcəyi Qərb dünyasının, İslam dünyasında öz mədəniyyətini yaymaq üzrə səylərinə işarə edərək, Azərbaycan Respublikasının İrandakı səfirinə xitabən deyib:" Amerika və Avropa hicabla müxalifdirlər, çünki onlar hicabı islamın simvolu bilirlər və özlərinin simvolları olan hicabsızlığı təbliğ edirlər. Buna görə də İslam ölkələrində hicabın yayılması və ona rəvac verilməsi dövlət rəsmilərinin vəzifələrindəndir və İslam ölkələrinin xalqlarının inkişafı və razılığının artmasında mühüm rola malikdir".

Azərbaycan Respublikasının İrandakı səfiri Cavanşir Axundov da bu görüşdə İranla Azərbaycan Respublikası arasındakı yaxınlıq və çoxlu ortaqlıqlara işarə edərək, iki tərəf arasında əməkdaşlıqların genişləndirilməsini istəyib.

Azərbaycan Respublikasının İrandakı səfiri ölkəsində 1800-dən çox məscidin inşası və yenidən bərpası habelə Azərbaycan Respublikası qadınları və qızları arasında hicaba günü-gündən artan təmayüllərinin Azərbaycan Respublikasında müstəqilliyin əldə edilməsindən sonra dini mədəniyyətin nişanələrindən olduğunu bildirib

 

  

  • Yazılıb
  • da (də) 2011 Nov 08