Tarix : 2011 Nov 08
Kod 26465

Azərbaycan Respublikası səfirinin təqlid mərcələri ilə xüsusi görüşü

Azərbaycan Respublikasının İrandakı səfiri bazar ertəsi günü təqlid mərcələrin bir neçəsi ilə xüsusi və jurnalistlərin iştirakı olmadan görüşdü
well/Aran agentliyi

Azərbaycan Respublikasının İrandakı səfiri bazar ertəsi günü təqlid mərcələrin bir neçəsi ilə xüsusi və jurnalistlərin iştirakı olmadan görüşdü.

"Arannews"in məlumatına əsasən, Azərbaycan Respublikasının ölkəmizdəki səfiri Cavanşir Axundov bazar ertəsi günü müqəddəs Qum şəhərinə olan səfərində bir neçə təqlid mərcələri və alimlərlə görüşdü.

Bu xəbərə əsasən, iki ildir ki, Azərbaycan Respublikasının ölkəmizdə fəaliyyət göstərən səfiri Cavanşir Axundov, mübarək Qurban bayramı ilə eyni zamanda müqəddəs Qum şəhərinə səfər edərək, böyük təqlid mərcələrindən olan Hüseyn Vəhid Xorasani, Hüseyn Nuri Həmədani və Seyid Musəvi Ərdəbili ilə görüşüb, söhbətləşdi.

Xəbərdə deyilir ki, Azərbacanın səfiri bu ölkənin Tehrandakı konsulluğunun bir sıra məsul işçiləri ilə birlikdə əvvəl həzrət Ayətullah Hüseyn Vəhid Xorasaninin katibliyinə getdi və onunla xüsusi görüş keçirdi.

Səfir Cavanşir Axundov sonra həzrət Ayətullah Seyid Musəvi Ərdəbilinin katibliyinə gedərək bu təqlid mərcəyi ilə də xüsusi görüşdü və iki ölkə arasındakı ortaq mövzular, həmçinin İslam dünyasının müxtəlif məsələləri barədə söhbət edərək, fikir mübadiləsi apardılar.

Həzrət Ayətullah Hüseyn Nuri Həmədani ilə görüş ölkəmizdəki səfirin digər proqramlarından oldu. Bu görüşdə Ayətullah Hüseyn Nuri Həmədani Azərbaycan rəsmilərinə önəmli tövsiyələr etdi.

Qeyd edək ki, Azərbacan səfiri bu görüşlərdə Qurban bayramını təbrik etməklə yanaşı, təqlid mərcələri, alimlərlə görüşü onun üçün bir iftixar olduğunu bildirdi və Azərbaycan müsəlmanları və şiələrinin vəziyyəti barədə danışaraq, iki ölkə arasındakı çoxlu ortaqlıqlar olduğunu vurğuladı.

Əlbəttə, Azərbacan səfiri bu görüşlərdə ölkələrində məktəblərdə hicab qadağasına, islamçıların və hicab müdafiəçilərinin həbsinə, dini kitabların sataşının qadağasına... heç bir işarə etmədi.

  • Yazılıb
  • da (də) 2011 Nov 08