Tarix : 2011 Nov 08
Kod 26466

Ayətullah Məkarim Şirazi Bakı rəsmilərinə: Bu mövcud şəraitlə bir gün xalq sizin hakimiyyətinizə ...

Keçmiş sovet ittifaqından və İslam dünyasında baş verən hadisələrdən ibrət götürün. Biz əminik ki, yaranmış bu şəraitlə bir gün xalq sizin hakimiyyətinizə son qoyacaq
well/Aran agentliyi

 

Keçmiş sovet ittifaqından və İslam dünyasında baş verən hadisələrdən ibrət götürün. Biz əminik ki, yaranmış bu şəraitlə bir gün xalq sizin hakimiyyətinizə son qoyacaq.

Ayətullah Məkarim Şirazi Qum şəhərinin Əzəm məscidindəki tədris etdiyi xaric fiqh dərsinin əvvəlində son vaxtlar Azərbaycan Respublikasında islamofobiyanın bərkiməsinə işarə edərək dedi: "Bu ölkə əhalisini çoxu şiələrdir. Amma bir müddətdir ki, Azərbaycan dövləti məscidləri dağıdır və xalqa hücum edir".

O, mərcəi-təqlidlərin risalələrinin paylanmasının qadağan olmasını da bəyan edərək artırdı: "Axır vaxtlar deyiblər ki, şagird və dövlət işçilərinin məscidə getməsinə icazə verilməsin. Sanki, bu rəsmilər qəflət yuxusundadırlar".

Ayətullah əl-üzma artırdı: "Azərbaycan Respublikasının imanlı xalqı bu vəziyyətin davam etməsinə icazə verməyəcəklər. Bir gün çatacaq ki, onların yaxasından yapışıb, səltənət taxtından yerə salacaqlar".

Ayətullah Məkarim Şirazi bu ölkə rəsmilərinə xitab edərək dedi: "Keçmiş sovet ittifaqından və İslam dünyasında baş verən hadisələrdən ibrət götürün. Biz əminik ki, yaranmış bu şəraitlə bir gün xalq sizin hakimiyyətinizə son qoyacaq".

  • Yazılıb
  • da (də) 2011 Nov 08