Tarix : 2011 Nov 08
Kod 26468

Ziyalılar və məhbus dindarlar

DEVAMM sədri Hacı İlqar İbrahimoğlu həbsdə olan dindarlarla bağlı Ziyalılar Forumuna müraciət etmişdi
well/Aran agentliyi

 

 

 Ziyalılar və məhbus dindarlarMüraciətdə deyilirdi ki, dindarların məhkəməsinin gedişində təqsirləndirilən şəxslərin günahkarlığını sübut edən dəlil və sübutlar təqdim edilmədi: "Belə olan şəraitdə, təqsirləndirilən şəxslərin çıxışlarına görə təqib olunması ictimaiyyətə bir daha bəlli olur. Bunu nəzərə alaraq, ölkəmizin imicinə növbəti dəfə xələl gətirən, insan haqlarının pozulması mənasını daşıyan məhkəmə qərarının qəbul edilməməsi, təqsirləndirilən şəxslərə bəraət verilməsi üçün imkanınız daxilində bütün səyləri göstərmək üçün sizlərə müraciət edirik".

DEVAMM-ın müraciətini nəzərə alan Ziyalılar Forumu hicab problemi və dindar məhbuslarla bağlı hakimiyyətə müraciət qəbul etmişdir. Müraciətdə, o cümlədən, deyilir: "Forum “hicab problemi” ilə əlaqədar dindarların həbsindən və təqib olunmasından ciddi narahatlığını bildirir. Sərbəst toplaşma azadlığı ilə bağlı halda olduğu kimi, bu məsələdə də vəziyyətin pisləşməsini qabaqlamaq üçün vaxtında müvafiq qanunverici qərar qəbul etmək olardı. Təhsil məmurları isə hüquqi vakuum şəraitində bulunaraq, əksər hallarda qeyri-ardıcıl və ziddiyyətli qərarlar qəbul edirlər. Forum parlamenti bu məsələləri dəqiq tənzimləyən qanun hazırlamağa və qəbul etməyə çağırır. Belə qanunun qəbulunadək isə Forum hakimiyyətə müraciətlə, hüquqi tənzimlənməmənin qurbanı olaraq həbs olunmuş dindarları azad etməyə çağırır".

  • Yazılıb
  • da (də) 2011 Nov 08