Tarix : 2011 Nov 08
Kod 26471

Mossadın kəşfiyyatı İstanbuldan Azərbaycana və Gürcüstana üz tutub

Mossadın ən çox hüceyrələri Türkiyədə aşkar olunub
well/Aran agentliyi

 

Azadxeber.az saytının Farsnyus saytına istinadən verdiyi xəbərə görə, Diplomatik qaynaqlarbildirirlər: Mossad, İran kəşfiyyatının əməliyyatları nəticəsində aldığı ağır zərbələrin ardından tələm-tələsik casusluq hüceyrələrini bir neçə Asiya ölkəsi daxilində sürüşdürməyə başladı. İranlı nüvə alimi Əli Muhammədini şəhid edən sionist agentinin həbs olunması ilə məyus olan Mossad, içəridən surətlə siyasi böhrana uğrayır. 

Bu çərçivədə Mossadın İstanbulda yerləşən casusluq fəaliyyətlərinin, Azərbaycan Respublikası, Gürcüstan və digər bəzi ölkələrə ayaq alması müəyyən edilib. Həmçinin Mossadın ən çox hüceyrələrinin Türkiyədə aşkar olunmasıda dəqiq məlum olub.

Sionist İsrailin Türkmənistanda səfirlik açmaq məqsədinin də bölgədə istiqamətli casusluq fəaliyyətlərini dəstəkləmək və burada xüsusi ilə Türkiyənin maraqlarını hədəf almaq və Türkiyə tərəfdarlarını özünə özünə cəlb etmək kimi işləridə aşkar olunub

  • Yazılıb
  • da (də) 2011 Nov 08