Tarix : 2011 Nov 08
Kod 26474

Azərbaycan Respublikası səfirinin təqlid mərcələri ilə görüşündə bildirildi: Biz, dünyanın harası...

Biz məzlumların himayəçisiyik və İranın islami quruluşu həmin əsas üzərində qurulmuşdur!
g/arannews

Azərbaycan Respublikası səfirinin təqlid mərcələri ilə görüşündə bildirildi: Zülm hər hansı ölkədə olsa, dünyanın harasında olursa olsun, biz zalımlarla müxalifik. Biz məzlumların himayəçisiyik və İranın islami quruluşu həmin əsas üzərində qurulmuşdur. 

Azərbaycan Respublikasının İrandakı səfiri bazar ertəsi günü Qumda təhsil alan bir sıra azərbaycanlı tələbələrlə görüşüb, onalarla söhbət etdi.

"Arannews"in "Hövzə Xəbər Mərkəzi"nə istinadla verdiyi məlumata əsasən, Cavanşir Axundov azərbaycanlı tələbələrlə görüşdə dedi: "Azərbaycanda hicab qadağası mövzusu yoxdur. Məsələ şagirdlərin vahid məktəbli forması geyinməsinin lazımlı olmasındadır. Camaat öz etiqadlarını açıqlamaqda azaddırlar. Azərbaycanda  heç bir dini məhdudiyyət yoxdur. Azərbaycan demokratik bir ölkədir".

Azərbaycan Respublikası səfiri sözünün davamında Azərbaycanda islami hicabdan istifadə etməyə təmayülün artmasına işarə edərək, onu hakimiyyət tərəfindən xalqın etiqadlarına ehtiram əlaməti olduğunu bildirdi.

Azərbaycanlı tələbələr bu görüşdə səfirin həqiqətlərə uyğun gəlməyən sözlərinə bərk etiraz etməklə yanaşı, Azərbaycan Respublikasındakı hakim vəziyyətə görə təəssüfləndiklərini bildirib, dedilər: "Biz, Azərbaycanda bu günləri İslam dini və islamçılara qarşı aparılan siyasətlərə, həmçinin məhkumiyyətlərə etirazımızı və müxalif olduğumuzu bildirir, Azərbaycan hökumətindən tələb edirik ki, bu təzyiqlərə və ədalətsizliklərə son qoysun, tezliklə hicab məhbuslarını azad və hicab qadağasını ləğv etsin".

Azərbaycanlı tələbələr Azərbaycanda hər gün bərkiyən islamofobiyaya, xaricdə dini təhsil alan tələbələrə qarşı olan qadağana, habelə, islam ruhanilərinin ezamına, xaricdə dini təhsil almış ruhanilərin vasitəsilə mərasimlərin təşkil olunmasına, islami kitab və məhsulların satışına, müəyyən edilmiş regiondan qeyri yerlərdə təbliğə qarşı olan qadağlara işarə edərək, bu qadağaları məhkum etdilər və Azərbaycanın müsəlman xalqına qarşı edilmiş bütün qadağanların ləğv edilməsini tələb etdilər.

Qumda təhsil alan azərbaycanlı tələbələr, Bakı rəsmilərinə İslam və islami dəyərlərə qarşı addımların davam edəcəyi surətdə islami oyanışın dalğasının Azərbaycanı da bürüyəcəyi barədə xəbərdarlıq etdilər və onlardan dini dəyərlərə hörmətlə yanaşmalarını istədilər.

Cavanşir Axundov Quma səfərinin davamında təqlid mərcələri ilə görüşməyi israr etdi və Hüseyn Vəhid Xorasani, Hüseyn Nuri Həmədani və Seyid Musəvi Ərdəbili həzrətləri ilə jurnalistlərin iştirakı olmadan görüşdü.

Azərbaycan Respublikasının səfiri ölkəsində 1800-dən çox məscidin inşası və yenidən bərpası, habelə Azərbaycan Respublikası qadınları və qızları arasında hicaba günü-gündən artan təmayüllərinin Azərbaycan Respublikasında müstəqilliyin əldə edilməsindən sonra dini mədəniyyətin nişanələrindən olduğunu bildirdi.

  • Yazılıb
  • da (də) 2011 Nov 08