İran İslam Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş hər növ düşmənçilik hərəkəti silahlı qüvvələrin qətiyyətli, sürətli və möhkəm reaksiyası ilə üzləşəcək
well/Aran agentliyi
İran İslam Respublikasının müdafiə naziri deyib: İran İslam Respublikasının ərazi bütövlüyünə qarşı yönəlmiş hər növ düşmənçilik hərəkəti silahlı qüvvələrin qətiyyətli, sürətli və möhkəm reaksiyası ilə üzləşəcək.
İRNA-nın məlumatına görə, general mayor Əhməd Vəhidi sahil reyd qayıqlarının nizam-intizam qüvvələrinə təhvil verilməsi mərasimində dənizdən istifadənin inkişafı, dəniz qüvvələrinin gəmilərinin möhkəmləndirilməsi, xüsusilə də nizam-intizam sərhədçiliyinin gücləndirilməsinin zəruriliyinə dair ölkənin dəniz strategiyasını açıqlayaraq bildirib: Ölkənin dəniz sərhədlərini qorumaq və sahil reydlərinin bərqərarının zəruriliyi məqsədilə Müdafiə Nazirliyinin Dəniz Sənayesi Təşkilatında bir neçə növ patrul xitməti üçün nəzərdə tutulmuş qayıqlar istehsal olunub.
"Keşikçilər Korpusu, Ordu və nizam-intizam qüvvələri Fars körfəzi və Oman dənizində regiondan kənar qüvvələrin bütün hərəkətlərinə iqtidarlı şəkildə nəzarət edirlər" -deyən müdafiə naziri bildirib: İran İslam Respublikasının ərazi bütövlüyünə qarşı hər növ düşmənçilik hərəkəti silahlı qüvvələrin qətiyyətli, çevik və möhkəm cavabı ilə üzləşəcək.
İranofobiya çərçivəsində qonşuların təhlükəsizliyi üçün İranı təhlükəli göstərmək üçün ABŞ-ın səyinə toxunan general Vəhidi xatırladıb: Ümumi fikri ABŞ-ın nəhs planlarından yayındırmaq, bu ölkənin silah kompaniyalarının hazırladığı müharibə vasitələrini satmaq və islami oyanış dalğasını cilovlamaq ABŞ-ın məqsədlərindəndir.
İranın müdafiə naziri qeyd edib: Bu gün region xalqlarının əsil istəyi regiondan kənar qüvvələrin qeyd-şərtsiz regiondan çıxmalarıdır və şübhəsiz region xalqlarının israrı və iradəsi ilə yaxın gələcəkdə əldə olunacaq.
General Vəhidi deyib: Həmrəylik, islami birlik və kollektiv təhlükəsizlik regionda möhkəm təhlükəsizliyin yaradılması üçün əsaslı həll yoludur.
"İİR həmişə bu istiqamətdə addım atıb və çalışır ki, region ölkələri ilə əməkdaşlıqla, möhkəm yerli təhlükəsizlik və intizam formalaşdırmaqla əcnəbilərin iştirakından zərər çəkmiş xalqların rifahı, asayişi və inkişafına zəmin yaratsın.
İranın müdafiə naziri silahlı qüvvələrin ehtiyac duyduğu müxtəlif gəmi və sualtı gəmilərin dizayn olunması və düzəldilməsində Müdafiə Nazirliyinin Dəniz Sənayesi Təşkilatının peşəkar mütəxəssislərinin layiqli zəhmətlərini alqışlayıb