Tarix : 2011 Nov 09
Kod 26486

Erməni separatçıları Xankəndi aeroportunu işə salmağa hazırlaşırlar

Azərbaycan Respublikası hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altında saxladıqları Xankəndi aeroportunu işə salmağa hazırlaşırlar
well/Aran agentliyi

 

 

Azərbaycan Respublikası hökumətinin xəbərdarlıqlarına baxmayaraq, ermənilər işğal altında saxladıqları Xankəndi aeroportunu işə salmağa hazırlaşırlar.

AzərTAc-ın məlumatına görə, Aeroportun uçuş-enmə zolağının gecə işıqlandırma sistemi sınaqdan keçirilmişdir.

Xankəndi hava limanından ilk dövrdə Yerevana reyslərin təşkili planlaşdırılır. İlin əvvəlindən həyata keçirilmiş işlər nəticəsində hava limanına böyük təyyarələrin enməsi üçün uçuş-enmə zolağı genişləndirilmişdir.

Qeyd edək ki, ermənilər 2008-ci ildə Xankəndi aeroportunun əsas binasının tikintisinə başlamışlar.

Aeroportun açılışı bu il mayın 9-na planlaşdırılsa da, texniki səbəblər əsas gətirilərək, açılış qeyri-müəyyən vaxtadək təxirə salınmışdır. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası isə bəyan etmişdir ki, işğal altında olan Azərbaycan ərazilərində aeroportun tikintisi və Xankəndinə digər ölkələrdən rəsmi Bakının icazəsi olmadan təşkil olunacaq uçuşlar qeyri-qanunidir. Əks halda rəsmi Bakı icazə olmadan Xankəndinə uçan təyyarələrə qarşı fiziki məhvetmə də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan tədbirlər görəcəyini bildirmişdir.

ABŞ-ın Bakıdakı səfiri Azərbaycan Respublikasının xəbərdarlığına mənfi reaksiya göstərib, DQ ilə İraəvan arasında nəzərdə tutulan uçuşları Bakı ilə Naxçivan arasında olan uçuşlara bənzətmişdir.

  • Yazılıb
  • da (də) 2011 Nov 09