Bu hesabatda İranın sülhməramlı fəaliyyətlərində heç bir yayınmanın olmasına dair heç bir əsaslı sənəd yoxdur
well/Aran agentliyi
Vyanada bir diplomat Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin İran barəsindəki hesabatının möhkəm olmadığını qeyd edərək deyib: Bu hesabatda İranın sülhməramlı fəaliyyətlərində heç bir yayınmanın olmasına dair heç bir əsaslı sənəd yoxdur.
İRNA-nın məlumatına görə, bu qərb diplomatı çərşənbə axşamı günü Avstriya radiosu ilə müsahibədə əlavə edib: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Yokio Amanonun İran barəsindəki yeni hesabatında İranın atom silahlarına doğru hərəkətinə dair heç bir əsaslı sənəd yoxdur.
Adının açıqlanmamasını istəyən bu diplomat xatırladıb ki, agentliyin yeni hesabatında İrana qarşı yekun sənəd yoxdur.
Bu diplomatın sözlərinə görə, Amanonun yeni hesabatında İranda zənginləşdirilmiş uranın miqdarı və İrandakı nüvə fəaliyyətlərinin hansı dərəcədə inkişaf etməsi barəsində məlumatlar var.