Tarix : 2011 Nov 09
Kod 26489

Zərdüşt Əlizadə: “Qərbə, ABŞ-a itaət etmək istəməyən ölkələr əvvəl şərlənirlər, sonra isə vurulur...

Son dövrlər Yaxın Şərqdə müharibə çağırışları artmaqdadır. ABŞ və Qərb ölkələrinin ciddi maliyyə və siyasi böhranla üz-üzə qaldığı bir dövrdə yəqin ki, bu müharibə yaxşı şeylər vəd etmir
well/Aran agentliyi

 

Son dövrlər Yaxın Şərqdə müharibə çağırışları artmaqdadır. ABŞ və Qərb ölkələrinin ciddi maliyyə və siyasi böhranla üz-üzə qaldığı bir dövrdə yəqin ki, bu müharibə yaxşı şeylər vəd etmir.

 

Bəs görəsən, müharibə çağırışları nə dərəcədə ciddidir və müharibə olarsa, nələrə səbəb ola bilər?

Təbii ki, ABŞ və İsraildən başqa heç kimi proqnoz verə bilməz ki, müharibə olacaq, ya yox. Çünki müharibəni onlar başlayacaq. Digər tərəfdən müharibə təhlükəsi doğurdan da ciddidir. Çünki bu, ardıcıl həyata keçirilən məqsədin tərkib hissəsidir. Məqsəd ondan ibarətdir ki, Qərbə, ABŞ-a itaət etmək istəməyən ölkələr əvvəl şərlənirlər, sonra isə vurulurlar. Bu zaman isə heç bir insan itkisi, tələfat, maddi dağıntılar nəzərə alınmır. İran da itaət etməyən ölkələr arasında birincisidir. İranın hərbi nüvə proqramı ilə bağlı iddialar əlbəttə ki, tamamilə əsassızdır. MAQATE tərəfindən hazırlanan hesabat da biz bilirik ki, yalandır.

Mənə elə gəlir ki, ABŞ-ın hərbi-texniki üstünlüyü o qədər üstündür ki, onlar İrana daxil olmadan da elmi, sənaye, hərbi potensialını dağıda bilər. İran da onlara ciddi ziyan vuracaq. İran nə Liviya, nə də Suriya deyil. İran ciddi və mütəşəkkil mübarizə aparacaq”.

 

“Baş verə biləcək müharibə region üçün hansı təhlükələr yarada bilər?”

 “Bu nəinki region, bütün dünya üçün təhlükəlidir. İran Azərbaycanla sərhəddir. Bundan başqa istisna edilmir ki, müharibənin hansısa mərhələsində Azərbaycanı da müharibəyə cəlb eləsinlər. Çünki İran demişdi ki, kim ABŞ-a dəstək göstərsə, biz onların mövqeyini vuracağıq. Əgər Azərbaycan rəhbərliyinin ağlı çatmasa və onlar İrana qarşı hərbi əməliyyatlara dəstək göstərsələr, İran əli çatdığı rayonları vura biləcək”.

  Deyerler.Org

  • Yazılıb
  • da (də) 2011 Nov 09