Tarix : 2011 Nov 09
Kod 26492

Dünya Bankı ilə Azərbaycan arasında münasibətlər gərginləşib

Dünya Bankı Azərbaycanda həyata keçirilən antikorrupsiya tədbirlərindən ciddi narazılığııını ortaya qoyub
well/Aran agentliyi

 

BU GƏRGİNLİK BİR NEÇƏİCRA BAŞÇISININ HƏBSİ İLƏNƏTİCƏLƏNƏBİLƏR

Antikorrupsiya tədbirlərini həyata keçirmək üçün Dünya Bankından 1 milyard dollar qrant alan Azərbaycan höküməti ilə bu qurum arasında gərgin münasibət yaranıb və bu münavsibətlər hər gün daha da gərginləşməkdədir. Buna səbəb isə Dünya Banıkının verdiyi pulların qarşılığını ala bilməməsidir.

Dünya Bankı Azərbaycanda həyata keçirilən antikorrupsiya tədbirlərindən ciddi narazılığııını ortaya qoyub. Bildirlir ki, Dünya Bankının rəsmi Bakıya ünvanladığı məktubda bu barədə qeyd olunub. Antikorrupsiya tədbirlərinin təsadüfi adamlara hesablanıdığı və heç də korrupsiyaya qarşı atılan addımların dövlət siyasəitini əhatə etəmdiyi qeyd olunan məktubda Dünya Bankının antikorrupsiya tədbirlərini daha effektli hala gətirmək üçün iri çaplı məmurların korrupsiya fəaliyyətlərinin ifşa olunmasını zəruri hesab edir. Dünya Banıkında hesab edirlər ki, bir neçə xırda məmuru həbs etməklə rəsmi Bakı əslində korrupsiyaya qarşı mübarizə apardığını iddia edə bilməz və korrupsiyaya qarşı mübarizə apardığını iddia edən rəsmi Bakı bu iddiasınnnı kardinal islahatlarla sübuuut etməlidir.

Mənbənin bildirdiyinə görə Azərbaycan hakimiyyəti Dünya Bankının haqqlı tələbləri qarşısında susqunluğunu nümayiş etdirsə də yaxın zamanlarda müəyyən addımlar atmaq zorunda qalsın: «Ola bilsin ki, antikorrupsiya tədbirlərinin üçüncü dalğasında orta səviyyədən daha samballı görünən bir neçə məmur həbs olunsun. Bunların arasında keçmiş, həmçinin indiki icra başçılarından da ola bilər. Lakin hakimiyyətin antikorrupsiya tədbirlərinin kampaniya halından çıxarılması və ölkədə korrupsiyanın qarşısının alınması üçün kardinal hakimiyyət islahatlarının aparılması mümkünsüzdür. Hakimiyyət bir neçə İcra hakimini və yaxud onların müavinlərini və iri bələdiyyə sədrlərini həbs etməklə Dünya Bankı qarşısında özünü müdafiə səddi yaratmağı düşünür».

Bildirilir ki, bu da yaxın aylarda Dünya Bankı ilə Azərbaycan hakimiyyəti arasında gərginliyin daha da artmasına səbəb olacaq. Sonucda Dünya Bankının rəmi Bakının açıq şəkildə ittiham etməsi qaçınılmaz olacaq...

pia.az

  • Yazılıb
  • da (də) 2011 Nov 09