Kim hansı restoranda oturub hansı kokteyli içir bundan tutmuş hər bir şeyə qədər məlumatlıyıq
well/Aran agentliyi
"Kim hansı restoranda oturub hansı kokteyli içir bundan tutmuş hər bir şeyə qədər məlumatlıyıq."
Azadxeber.az saytının "Regnium" saytına istinadən verdiyi xəbərə görə, 5 Noyabırda işğalçı Ermənistan öz kəşfiyyat mərkəzlərinin yaranmasının 19 illiyini qeyd edib. Əziz oxucularımız, işğalçı Ermənistan kəşfiyatının rəisi general mayor Arşak Karapetyanın "Üçüncü Güc" qəzetinə verdiyi müsahibəsini sizlərə təqdim edirik:
Sal-"Cənab Karapetyan deyirlər ki, Ermənilərin milli mentalitetlərinə sadiq qalmaları onları yaxşı kəşfiyyatçı edir?"
Cavab-"Sir deyil ki, Dünyanın bir çox ciddi kəşfiyatçıları Erməni əsilli olmuşlar. İstər Sovetlər dönəmində İstər indi Rusiyada, Fransada, ABŞ-da Erməni kəşfiyatçılarına diqqət böyükdür və onları medallarla təltif edirlər. Və bu halda heç təsadüf deyil. Çünki bizim xalqın milli mentalitetində elə bir amil var ki, bu heç bir xalqa verilməyib. Buda Kəşfiyyatda iti olmağı bizim millətə nəsib edib."
Sual-"Səhv etmirəmsə Qarabağ müharibəsində bizim kəşfiyatı xüsusi təyinatlı kəşfiyatçılar deyil sadə əsgərlər təbliğ edib. Bunun müqabilində ciddi itgilərimizdə qeydə alınmayıb. Əməliyyatlar uğurlu gedib."
Cavab-"Dəqiq deyə bilərəm ki, Azərbaycanla müharibə zamanı Qarabağı əldə etməyimizin və qalibiyyətimizin səbəbi kəşfiyat işlərinin uğurlu getməsi nəticəsində baş tutub. Kəşfiyat işləri dəqiq və sistemli olmasa heç bir uğurdan söhbət gedə bilməz. Buda səbəb oldu ki, Azərbaycan tərəfi bizim heç bir kəşfiyatçımızı ələ keçirə bilmədi."
Sual-"Belə bir fikir mövcuddur ki, Ermənistanın hərbi qüvvəsi bölgədə ən yaxşı inkişaf etmiş qüvvədir. Bəs indi kəşfiyat haqdada onu demək olarmı?"
Cavab-"Əvvəla sözünüzə düzəliş etmək istərdim. Bizim yüksək vəzifəli məmurlarımız heç vaxt belə bir söz deməyiblər ki, ordumuz bölgədə ən qüvvətli ordudur. Sadəcə olaraq onlar digər dövlətlərin mütəxəssislərinin bu haqda danışıqlarını müzakirə edib bəzi qənaətə gəliblər. Hətta Türkiyə də, bunu etiraf edib ki, bizim ordumuz qüvvətlidir. Biz bununla öyünmürük və heçdə lovğalanmırıq. Biz sadəcə boynumuza düşən vəzifəmizə əməl edirik. Lovğalanmaq digər qonşu ölkələrə mənsubdur. Onuda deyim ki, mən indiyə qədər heç bir mütəxəssisdən eşidməmişəm ki, söyləsin Azərbaycan kəşfiyatı xüsusi özəlliyə malikdir. Türklərdə bunu heçvaxt deməyiblər. Mən demiyəcəm hansı ölkənin kəşfiyatı daha güclüdür Ermənistanın ya Azərbaycanın, bircə bunu deyirəm ki, Azərbaycanlı kolleqam ilə görüşlərimizin birində onun, oğlunun ad günü münasibəti ilə təbrik etdim. Biz düşmənimiz haqda hər bir məlumata malikik. Kim hansı restoranda oturub hansı kokteyli içir. Bundan tutmuş hər şeyə qədər. Azərbaycandan fərqli olaraq bizdə kadrlarla bağlı problemlər olur. Adam sayı azlıq təşkil edir. Amma bu keyfiyətə təsir etmir. Biz üstünlüyü kəmiyyətə deyil keyfiyətə veririk. Bunun bariz nümunəsi Qarabağ müharibəsidir."