Tarix : 2011 Nov 11
Kod 26516

Abgül Süleymanova qarşı yeni ittihamlar irəli sürülə bilər

Anar Qasımlı: ''Dindirmənin, aparılan istintaq hərəkətlərinin tempi belə deməyə əsas verir''
well/Aran agentliyi

 

 

“MTN-in istintaq təcridxanasında saxlanılan Azərbaycan İslam Partiyasının sədr müavini Arif Qəniyevlə bağlı hazırda heç bir istintaq hərəkəti aparılmır. Biz hərdən görüşürük. Hüquqlarını müdafiə etdiyim ilahiyyatçı Abgül Süleymanovun dindirilməsi isə davam edir. Noyabrın 10-da istintaq hərəkətinin aparılmasına dəvət edilmişəm”.

Vəkil Anar Qasımlı 2011-ci ilin avqust ayında MTN əməkdaşlarının saxladığı, barələrində həbs qətimkan tədbiri seçilmiş şəxslərin işindən danışarkən belə deyib. Vəkil Anar Qasımlı bildirib ki, Abgül Süleymanova yeni ittihamların irəli sürülməsi gözləniləndir: “Dindirmənin, aparılan istintaq hərəkətlərinin tempi belə deməyə əsas verir. İstisna deyil ki, Abgül Süleymanova yeni maddə ilə ittiham verilsin”

2011-ci ilin avqust ayında həbs olunan Arif Qəniyev Cinayət Məcəlləsinin 228.1 (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə ittiham olunur.

Eyni vaxtda saxlanılan ruhani Abgül Süleymanova 234.4.3-cü maddə ilə (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ittiham verilib. O, Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə də (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) günahlandırılır.Oktyabrın 9-da məhkəmə hər iki şəxs barəsində həbs qətimkan tədbirinin uzadılmasına qərar verib. Apellyasiya məhkəməsi qərarın ləğvi barədə şikayətləri təmin etməyib.

Mediaforum

 

 

  • Yazılıb
  • da (də) 2011 Nov 11