Tarix : 2011 Nov 11
Kod 26518

Xalq dini azadlıq tələb edir

Noyabrın 19-u Bakıda etiraz aksiyaları başlayacaq
well/Aran agentliyi

 

 

 Noyabrın 19-u Bakıda etiraz aksiyaları başlayacaq

 “İslamtimes” in verdiyi məlumata görə Azərbaycan hakimiyyətinin ölkədə antiislam siyasəti yürütməsi səbəbindən ölkə dindarları ilin əvvəlində dini azadlıq tələbi ilə bir neçə etiraz aksiyası keçiriblər.

Bu günə qədər dindarlar Təhsil Nazirliyi və Ədliyyə Nazirliyi qarşısında aksiyalar keçiriblər. Lakin buna baxmayaraq hakimiyyət dindarlara qarşı aqressiv münasibətini dəyişməyib. Əksinə Azərbaycan dini kəsiminin başında duran bir neçə ilahiyyatçı alim və ruhani həbsə atılıb.

Dindarların həbsləri ilə razılaşmayan və bunu inanclı insanlara atılan böhtan hesab edən dindarlar hakimiyyətə öz etirazlarını bildirmək üçün növbəti aksiyalar planlaşdırıblar.

Bakı dindarlarından saytımıza verilən məlumata görə növbəti etiraz aksiyası noyabr ayının 19-da reallaşacaq.

Xaırladaq ki, aksiaylarla bağlı şəhər rəhbərliyinə artıq müraciət edilib. Meriyanın mitinqə mənfi cavab verməsinə baxmayaraq dindarlar nümayişlərini keçirəcəklər

  • Yazılıb
  • da (də) 2011 Nov 11