Tarix : 2011 Nov 11
Kod 26520

Sionist nazir Bakıya gəlib

Sionist rejimin infrastruktur naziri Uzi Landau Bakıya səfərə gəlib
well/Aran agentliyi

Sionist rejimin infrastruktur naziri Uzi Landau Bakıya səfərə gəlib.

"İzRus" portalı xəbər verir ki, nazir Bakıya Vaşinqtondan uçub.

Onun Bakıdan əvvəl ABŞ-a səfər etməsinin məqsədləri barədə məlumat verilmir.

Xəbərə görə, bu gün sionist rejim rəsmisi U.Landau Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və ARDNŞ prezidenti Rövnəq Abdullayevlə görüşləri planlaşdırılıb.

Görüşlərdə Azərbaycan neftinin işqalçı İsrailə nəqlinə dair məsələlər, habelə İsrailin neft yataqlarının guyaki birgə işlənməsinin mümkünlüyü müzakirə olunacaq.

Azərbaycan Respublikası hökuməti sionist rejim i.qalçı İsraili neftlə təmin edən əsas ölkələrdən biridir və onun tələbatının 30 faizini ödəyir.

Azərbaycan Respublikası büdcəsinə ağır başa gəlmiş Bakı-Tiflis-Ceyhan kəməri ilə nəql edilən Azərbaycan neftinin əsas alıcılarından biri qəsbkar rejim İsraildir. Xəbərə görə, İsrail rejiminin üzvü Bakıda həmçinin yəhudi icmasının nümayəndələri, Milli Məclisin üzvləri və çox güman ki, "BP-Azərbaycan" şirkətinin rəhbərliyi ilə də görüşəcək. Bu, Landaunun Bakıya ikinci səfəridir, o, 2009-cu ildə ilk dəfə Azərbaycanda olub.

 

  • Yazılıb
  • da (də) 2011 Nov 11