well/Aran agentliyi
Xəbər verdiyimiz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin İslamçılar (Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Fəramiz Abbasov və ilahiyyatçı alim Zülfüqar Mikayılzadə) barədə 7 oktyabr hökmündən apellyasiya şikayəti verilmişdi.
Mövsüm Səmədov, Vaqif Abdullayev və Rufulla Axundzadənin hüquqlarını müdafiə edən vəkil Anar Qasımlının verdiyi məlumata görə, apellyasiya məhkəməsinin artıq vaxtı müəyyən olunub. “Appelyasiya məhkəməsi noyabr ayının 17-si Bakı Appelyasiya Məhkəməsində saat 12:00-da hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək.”,-deyə Anar Qasımlı məlumat verib. Anar Qasımlı məhkəmə prosesi ictimaiyyət üçün açıq olacağını bildirib.