Tarix : 2011 Nov 11
Kod 26522

İslam Partiyası növbəti dəfə aksiya üçün BŞİH-ə müraciət edib

Azərbaycan İslam Partiyası (AİP) bu gün Bakı Şəhər İcra hakimiyyətinə aksiya keçirmək üçün müraciət edi
well/Aran agentliyi

 

Azərbaycan İslam Partiyası (AİP) bu gün Bakı Şəhər İcra hakimiyyətinə aksiya keçirmək üçün müraciət edib. Bu barədə  AİP-in sədr əvəzi Hacı Elçin Manafov məlumat verib.

O deyib ki, biz “Qarabağa azadlıq!”, “Hicab məhbuslarına azadlıq!”, “İslamofobiyaya son!” şüarları ilə aksiya təşkil etməyi plamlaşdırırıq. Biz qanunun tərəfdarıyıq və qanunun bizə verdiyi hüququn pozulması ilə heç zaman barışmayacağıq. Bir daha bildiririk ki, mitinq keçirməkdə maraqlı deyilik, amma buna sanki məcbur edilirik.

Xatırladaq ki, AİP-in sədr əvəzi Elçin Manafov, müavinlər İnqilab Əhədli və Rövşən Əhmədovdan ibarət təşkilat qrupu adından Bakı Şəhər İcra Hakimiyyətinə oktyabrın 10-da da müraciət olunub.

SalamNews

  • Yazılıb
  • da (də) 2011 Nov 11