Şəxsən özüm musiqiçiyəm, qorxuram ki, belə getsə, 50 ildən sonra gənclərimiz desinlər ki, “Qarabağ bizim deyil”
well/Aran agentliyi
Şəxsən özüm musiqiçiyəm, qorxuram ki, belə getsə, 50 ildən sonra gənclərimiz desinlər ki, “Qarabağ bizim deyil”
Dağlıq Qarabağın Azərbaycanlı icmasının idarə heyətinin üzvi, Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, televiziyalarda verilişlərin 90 faizindən çoxunun şoular, musiqili proqramlardan ibarət olmasını yaxşı hal saymır.
Modern.az saytının məlumatına görə, F.Bədəlbəyli bu məsələnin çox ciddi mənfi fəsad törədəcəyini deyib.
“Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı ciddi hisslərini itirir”-deyə F.Bədəlbəyli vurğulayıb.
“Şəxsən özüm musiqiçiyəm, qorxuram ki, belə getsə, 50 ildən sonra gənclərimiz desinlər ki, “Qarabağ bizim deyil”. Bilirsiniz, Vətənə məhəbbət konkret işdir. Özümüzü tərifləyə-tərifləyə heç nəyə nail olmayacağıq. Özümüzdə tənqidə də yer ayırmalıyıq. Ümumiyyətlə, bu gün Azərbaycanda həddən çox çalıb-oxuyurlar, musiqiyə meyl çoxdur. Azərbaycan gəncləri torpaqları işğaldan qurtarmaq haqqında da düşünməlidirlər”.
HaqqYolu