Tarix : 2011 Nov 11
Kod 26524

Z.Əlizadə: ''ABŞ-ın 3000, İsrailin 200 nüvə bombası var''

Məlumatlara görə, Amerikanın 3000, İsrailin 200 nüvə bombası var
well/Aran agentliyi

Məlumatlara görə, Amerikanın 3000, İsrailin 200 nüvə bombası var. Mütəxəssislərin hesablamalarına görə, əgər Iran atom silahı əldə etsə, maksimum 2 bombası ola bilər. Istər-istəməz sual yaranır ki, niyə başqa dövlətlər nüvə silahına malik ola bilər, amma Iran yox? BMT-də belə bir qadağa yoxdur.

Digər tərəfdən, Iran nüvə silahının yayılmaması haqqında Konvensiyanı imzalasa da, Israil belə bir addım atmayıb. Israil bütöv bir dövləti işğal edərək, bir xalqı əsarət altında saxlayır. Iran isə heç bir dövlətin ərazisini tutmayıb. Iran Islam inqilabından sonra yalnız səkkiz il Səddam Hüseynin günahı üzündən Iraqla müharibə aparıb.

Deyirlər ki, Iran nüvə silahını Israilə qarşı tətbiq edə bilər. Iran dövlətinin mahiyyəti imkan verməz ki, belə bir addım atsın. Birincisi, Israildə ərəblərlə yəhudilər birgə və çox sıx yaşayırlar. Ikincisi, Israildə müsəlmanların müqqədəs məkanı olan Əl-Aksa yerləşir. Iran buranı heç zaman hədəfə almaz. Yəni, bütün bunlar Iranı vurmaq üçün sırf bəhanədir.

Iraqa müdaxilə baş verməmişdən əvvəl dəfələrlə beynəlxalq komissiya bu ölkədə olsa da, kütləvi qırğın silahı aşkarlamamışdı. Amma bütün bunlara baxmayaraq, ABŞ Iraqda bioloji silahın olduğunu iddia edərək, bu ölkəyə girdi. Bir neçə il bu silahın axtarışı getdi və sonda heç bir nəticə olmadı. Amma əvəzində 300 min insan həlak oldu, ölkə viran qaldı. Indi bütün bunlardan sonra mən niyə Amerika kəşfiyyatına inanmalıyam?

Bəs Iranı niyə vurmaq istəyirlər? Çünki dünyada həcminə görə 3-cü qaz, 4-cü neft yataqları məhz Irandadır. Digər tərəfdən, Iranın geosiyasi əhəmiyyəti də böyükdür. Iranda insan hüquqlarının pozulmasına gəlincə, Liviyada baş verənlərdən sonra insan hüquqları unudulmalıdır. Bəyan olunmuşdu ki, Qəzzafi 300 nəfəri öldürüb, amma sonda onu yıxmaq üçün 30 ÿmin adamı öldürdülər. Liviyaya qarşı əməliyyatlarda qeyri-demokratik Qətər, Səudiyyə Ərəbistanı kimi ölkələr iştirak edirdi.

Hazırda bütün dünyanı təftiş edib, bir mərkəzə tabe etməyə çalışırlar. O da unudulmamalıdır ki, Iran nə Əfqanıstan, nə Liviya, nə də Iraqdır.

Azadlıq

  • Yazılıb
  • da (də) 2011 Nov 11