Tarix : 2011 Nov 11
Kod 26525

Qumda Tələbələr səfiri susdurdu

Azərbaycan hökumətindən tələb edirik ki, tezliklə hicab məhbuslarını azad və hicab qadağasını ləğv etsin
well/Aran agentliyi

 

 

Bildiyiniz kimi Müqəddəs Qum şəhərində yerləşən əl-Mustəfa Elmi Akademiyasında dünyanın müxtəlif ölklərindən təhsil alan Tələbə nümayəndələri Azərbaycan iqtidarının Azərbaycan Xalqına qarşı etdiyi zülümləri, anti-İslam siyasətlərini pisləyərək “Azərbaycanda İslami Oyanışa dəstək və Anti-İslam Siyasətlərini məhkum etmək” adı altında Beynəlxalq Konfrans keçirtmişlər.

Konfrans Azərbaycanda dövlət səviyyəsində böyük bir sər-sədaya səbəb olmuşdur. Belə ki, dövlət səviyyəsində bəzi məmurları, millət vəkillərini keçirilmiş konfransa qarşı təxribatlar hazırlayaraq kütləvi informasiya vasitəsi ilə dünyaya yaymaqlarını tələb etmişlər. Bəzi millət vəkilləri və digər adiyyatlı və adiyyatsız qurumlar bu kompaniyaya qoşularaq nələrsə etmək niyyətinə düşmüşlər, ancaq heç bir nəticə verməmişdir.

Bu nəticəsiz təxribatın davamı olaraq Azərbaycan iqtidarı özlərinin Tehrandakı səlahiyyətli səfiri Cavanşir Axundovu da işə salaraq Elm Mərkəzi olan Quma yollamışlar. Səfir Quma səfəri zaman təqlid mərcələri ilə görüşməyi israr etmiş və Hüseyn Vəhid Xorasani, Hüseyn Nuri Həmədani və Seyid Musəvi Ərdəbili həzrətləri ilə jurnalistlərin iştirakı olmadan gizlin görüşmüşdür.

Təqlid Mərcələri Azərbaycan Respublikasının səfiri ilə görüşündə bildirmişlər: Zülm hər hansı ölkədə olsa, dünyanın harasında olursa olsun, biz zalımlarla müxalifik. Biz məzlumların himayəçisiyik və İranın islami quruluşu həmin əsas üzərində qurulmuşdur.

Təqlid Mərcələri ilə görüşündən heç bir nəticə ala bilməyən Azərbaycan Respublikasının İrandakı səfiri elə həmin gün, bazar ertəsi günü saat 14:00 da Qumda təhsil alan bir sıra azərbaycanlı tələbələrlə görüşü keçirdmişdir.

Əldə etdiyimiz məlumata görə, Cavanşir Axundov azərbaycanlı tələbələrlə görüşdə "İnanın biz sizdən ötrü narahatıq... On gün bundan öncə Şeyx həzrətlərinin Teharna gəlişi zamanı biz onunla səfirliyin bağında əyləşərək sizin gələcəyiniz haqqda danışdıq. Bizim sizə və siz kimi savadlı kadırlara çox ehtiyacımız var..."- dedikdə zalda oturan tələbələr kəskin etiraz edərək dilləndilər:

-Deyirsiz sizin biz savadlı kadırlara ehtiyacınız var?! Bizə dövlət tərəfindən hansı ehtiyac duyulur?! Bəs qədər savadlı kadırlarımız Azərbaycanda var idi. Onları müxtəlif yalan və iftiralar ilə 11, 12 il zindana məhkum etdiniz! Siz bizi də zindana salmaq istəyirsiniz!

Səfir çaş-baş qalır ona su gətirilməsin istəyir. Su içdikdən sonra harada qaldı sözüm? Yadımda deyil, deyə qısa ani bir fasilədən sonra sözünə davam edir:

-“Azərbaycanda hicab qadağası mövzusu yoxdur. Göstərin görüm hansı inistutda hicab qadağan olunub, siz internetə gedin girin orada prezidentimizin saytı var dovlətin saytı var görün orda hicabı qadağan ediblər? Xeyr belə bir şey yoxdur”- dedikdə digər bir tələbə ayağa qalxaraq səfirə deyir:

-Cənab səfir! Söhbət inistutda qız tələbələrinin hicab bağlamısına olan qadağadan getmir, edilən iradlar hammısı orta məktəblərdə dövlət tərəfindən hicaba qoyulan qadağasına aiddir!..

Səfir tələbənin etirazını əvvəl qəbul etmir, sonra tələbə ona bildirir ki, Suriyada olduqda oradakı Azərbaycanın səfiri ilə görüşündə ona hicaq qadağası ilə bağlı etiraz etdiyini bildirib Səfir də edilən etirazları qəbul edib, bidirərək Cavanşir Axundova bildirdi: Amma siz boyun qaçırdırsınız?!..

-Azərbaycan Respublikası səfiri özünü itirmiş halda sözünün davam etdirərək: “Xahiş edirəm səbirli olun hər heşy düzələcək. Su axar Çuxurun tapar deyiblər. Buna müddət lazımdır...”- dedikdə digər bir tələbə dilləndi:

-Xanımların pasport üçün çəkilcəyi şəkil məsələsində də dediniz səs salmayın bu iş öz qaydasına düşəcək! Su axar çuxurun tapar! Biz də sakit qaldıq. Məsələdə həllin bu günə kimin tapmadı!. Orta məktəblərdə qadağan etdiyiniz hicab məsələsin də bu kökə salmaq istəyirsiz!...

-Səfir düşdüyü mandarajdan çıxmaq məqsədi ilə mövzunu dəyişir: “Səfirlik sizin evinizdir. Siz nəyə görə oraya gəlmirsiniz? Sizin heç biriniz qeydiyyatda deyildir! Gəlin öz evinizə biz sizlərin problemlərinizin həllinə çalışaq”- dedikdə başqa bir tələbə ayağa qalxaraq:

-Cənab səfir deyirsiz səfirlik bizim evimizdir, adamda öz evində bir qurtum su alıb içə bilməz?! Siz məni bu yay fəslində işimi bilərəkdən uzaddınız, dəfələrlə mənə rədd cavabı verərək səfirlikdən qovdunuz! Dediniz ki, get tələbələrin siyahısını mənim üçün gətir sonra sənin işivə baxarıq! Qızmar günəş altında idim. Səfirliydən su istədim vermədilər!..

-Səfir əsəbi halda mən demişəm deyirəm və deyəciyəm qeydiyyatdan keçməsəniz sizin heç bir işinizi görməyəciyik!

-Tələbə: Bəyəm mən sizin işçinizəmmi məndən də tələbələrin adlarını cəm edib sizin üçün gətirməyimi tələb edirsiniz?!...

-Sizin borcunuzdu səfirliyə gələn hər bir Azərbaycan vətəndaşının işini həll edəsiz! Mənim işimin hüquq müstəvisində onların işinə heç bir qatışacağı yoxdur!

-Səfir: Bu təxribatçıdır!

Başqa bir tələbə danışmaq istədikdə səfir tələbə ilə kobud rəftar edərək “təxribatçı” adlandırır. Tələbə vüqarla ayağa qalxaraq salavatla sözünə başlayır və gülümsək halda deyir:

-Çox gözəl məclisdir. Bu məclisdən doğrudan da məmnun qaldım. Cənab səfir sübut etdi ki, doğrudun da Azərbaycan dövlətinin Səfiridir! Dövləti kimi o da bacarır vətəndaşlarını necə şərləsin, təhqir etsin, min cür adlar boynuna qoysun!

Səfir yerdən dillənərək -“Mən sizi haçan Təhqir etdim?” dedikdə zaldakı tələbələr dillənərək -“Helə indicə ona Təxribatçı dediniz” dedilər.

Tələbə sözünə davam edərək səfirdən soruşur: -Cənab səfir neçə ildir İranda səfirsiniz?

Səfir cavab verməkdən imtina edir və “bunun məsələyə heç bir dəxli yoxdur” deyir.

Tələbə deyir: Dəxli var ki, sizdən soruşuram. Düşünürəm iki ildən artıq olmaz ki, səfir işləyirsiniz?

Səfir cavab verir: İki ildir işləyirəm.

Tələbə sözünə davam edərək deyir: Cənab deyirsiniz qeydiyyatdan niyə keçmirsiniz? Hammınız birlikdə qeydiyyatdan keçməlisiniz!

Mən 1998-ildə səfirliydə qeydiyyata alınmışam. İndi buyurun görək mənim səndlərimi neynəmisiz?! Haradadır onlar?! Niyə itirmisiniz onları?!...

Səfir özünü itirərək heç bir söz tapa bilməyərək gözlərini qırpmaqla kifayətləndi

Sonda Azərbaycanlı tələbələr bu görüşdə səfirin həqiqətlərə uyğun gəlməyən sözlərinə bərk etiraz etməklə yanaşı, Azərbaycan Respublikasındakı hakim vəziyyətə görə təəssüfləndiklərini bildirib, dedilər: "Biz, Azərbaycanda bu günləri İslam dini və islamçılara qarşı aparılan siyasətlərə, həmçinin məhkumiyyətlərə etirazımızı və müxalif olduğumuzu bildirir, Azərbaycan hökumətindən tələb edirik ki, bu təzyiqlərə və ədalətsizliklərə son qoysun, tezliklə hicab məhbuslarını azad və hicab qadağasını ləğv etsin".

Azərbaycanlı tələbələr Azərbaycanda hər gün bərkiyən anti-İslam, xaricdə dini təhsil alan tələbələrə qarşı olan qadağaya, habelə, islam ruhanilərinin ezamına, xaricdə dini təhsil almış ruhanilərin vasitəsilə mərasimlərin təşkil olunmasına, islami kitab və məhsulların satışına, müəyyən edilmiş regiondan qeyri yerlərdə təbliğə qarşı olan qadağlara işarə edərək, bu qadağaları məhkum etdilər və Azərbaycanın müsəlman xalqına qarşı edilmiş bütün qadağanların ləğv edilməsini tələb etdilər.

Tələbələr, Bakı rəsmilərinə İslam və islami dəyərlərə qarşı addımların davam edəcəyi surətdə “İslami Oyanış” dalğasının Azərbaycanı da bürüyəcəyi barədə xəbərdarlıq edərək onlardan dini dəyərlərə hörmətlə yanaşmalarını istədilər.

HaqqYolu

  • Yazılıb
  • da (də) 2011 Nov 11