Tarix : 2011 Nov 11
Kod 26526

Əliyevlərin sonu Qəddafidən də faciəli olacaq

''Misirdəki inqilabdan sonra Qəzzafi dedi ki, bu inqilablar Liviyada mümkün olmayacaq''
well/Aran agentliyi

 

Ərəstun Oruclu: "Misirdəki inqilabdan sonra Qəzzafi dedi ki, bu inqilablar Liviyada mümkün olmayacaq. Lakin sonra Müəmmar Qəzzafi dəhşətli formada öldürüldü".

2011-ci ilin ilk günlərindən başlayan siyasi təqiblər nəticəsində ayrı-ayrı partiya və təşkilatlardan onlarla nümayəndə əliyevlər rejimi tərəfindən həyasızcasına şərlənərək zindanlara salındı. Bir müddət əvvəl isə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı qondarma ittihamlarla saxlanıldı.

“Hakimiyyətin siyasətini bundan sonra necə dəyərləndirirsiniz? İqtidar özünə qarşı müxalif olan siyasi qüvvələrə qarşı basqılarını davam etdirəcək, yoxsa mövqeyində müəyyən qədər yumşaqlıq müşayiət olunacaq?”

Mövzu ilə bağlı sualları “Şərq Qərb” Araşdırmalar Mərkəzinin sədri Ərəstun Oruclu cavablandırıb: “Yumşaqlıq üçün hələ ki, elə bir əlamət görmürəm. Getdikcə vəziyyət gərginləşir. Günü-gündən əhalinin sosial iqtisadi durumu ağırlaşır və narazılığı getdikcə artır. Bir gün Bakıda qar yağdı və son 5-6 il ərzində 3,5 milyard dollar vəsait ayrılmış enerji sektoru iflic vəziyyətə düşdü. Bu onu göstərir ki, artıq hökumətin fəaliyyətindəki korrupsiya və özbaşınalığın miqyası milli təhlükə həddinə çatıb. Artıq hakimiyyətin fəaliyyəti ölkə üçün təhlükəyə çevrilib. Güman etmirəm ki, hakimiyyət özü vəziyyəti dəyərləndirə bilir. Amma bu hallar korrupsiya və hakimiyyət daxili qruplaşmaların çəkişməsindən kənara çıxa bilməyəcək. Getdikcə bu proses dərinləşir.

Baş verənlər hamısı zəncirvari proseslərin tərkib hissəsidir. Hakimiyyət bu zənciri qırmaqla özü-özünü yıxmaq təhlükəsi ilə üzləşəcək. İqtidar bu durumu qoruyub saxlamağı müxalif fəallara qarşı basqılarda görür. Bu basqılardan biri akademik Rafiq Əliyevin bu yaxınlarda tutduğu vəzifədən uzaqlaşdırılması idi. Ziyalılar hakimiyyətin ünvanına nə demişdilər ki? Güman eləmirəm ki, hakimiyyət üçün hər hansı bir təhlükəli iş görmüşdülər. Ziyalılar toplantıda çox ehtiyatlı danışırdılar. Onlar hakimiyyətin dialoqa çağıraraq, öz fikirlərini çatdırırdılar. Bu hadisə göstərdi ki, Azərbaycan hakimiyyəti istənilən şəxsi kökündən baltalamağa hazırdır. Hakimiyyət apardığı bu siyasətin nə dərəcədə davamlı olacağının fərqinə varmalıdır.

Bu cür siyasət totalitar rejimlərə məxsus olan ənənədir. Ərəb diktatorlarını buna misal kimi göstərmək olar. Tunisdə inqilab baş verəndən sonra, Bin Əli qaçdı. Bundan sonra bütün ərəb liderləri dedilər ki, bu inqilabın bizdə baş verməsi mümkün deyil. Hadisələrin davamı olaraq Misir diktatoru Hüsnü Mübarək devrildi və hazırda xərəkdə məhkəməyə gətirilir. Misirdəki inqilabdan sonra Qəzzafi dedi ki, bu inqilablar Liviyada mümkün olmayacaq. Lakin sonra Müəmmar Qəzzafi dəhşətli formada öldürüldü. Hər biri özü-özlüyündə haqlı idi. Çünki hər bir ölkədə baş verən inqilablar bir-birindən fərqli və daha dəhşətli oldu. İndi də dünyanın digər diktatorları kimi, Azərbaycan hakimiyyəti də həmin sözləri təkrarlayırlar. Bu onu göstərir ki, avtoritar rejimlərin real hesablama mexanizmləri yoxdur. Hər bir şey kortəbii şəkildə öz axarı ilə davam edir. Belə bir axarın da olması çox təhlükəlidir.

Hakimiyyət reallığı başa düşsə belə, hər hansı bir dəyişiklik etmək fikri yoxdur. Çünki reallığı özündən çox onu dəyişmək cəhdindən qorxurlar. Bunlar islahatdan yox, hətta islahat cəhdindən belə qorxurlar. Çalışırlar ki, bütün təşəbbüsləri kökündən vursunlar. Belə bir hallar qorxudan yaranan reaksiyalardır. 20 nəfər ziyalının bir yerə toplaşıb ehtiyatlı formada nə isə deməsi belə bunları narahat edir. Eyni halda hakimiyyətin daxilində də parçalanma prosesləri baş verir. Hakimiyyət başını itirib. Bilmir nəyi, yığıb, yığışdırsın.”

 ABNA

 

  • Yazılıb
  • da (də) 2011 Nov 11