Tarix : 2011 Nov 12
Kod 26533

Hacı Taledən məktub

Höccətul-İslam Hacı Tale Bağırovdan yeni məktub əldə edilib
well/Aran agentliyi

Höccətul-İslam Hacı Tale Bağırovdan yeni məktub əldə edilib.

May ayının 6-sı Təhsil Nazirliyinin qarşısında "Hicaba Azadlıq!" aksiyasında həbs edilən hicab məhbusu, ilahiyyatçı, Höccətul-İslam Hacı Tale Bağırovdan yeni məktub əldə edilib.

Məktubu Hacı Tale Bağırov Nəcəf şəhərində təhsil alarkən yazıb. Məktubda İlahiyyatçı-alim vətəndən kənar olmasına baxmayaraq, ölkədə baş verən hicab qadağasını böyük narahatçılıqla qarşılayır və bunu Allahdan mömünlərə imtahan kimi dəyərləndirir.

Məktubun mətnini əziz izləyicilərimizə təqdim edirik:

Bağışlayan və Mehriban olan Allahın adı ilə.

Salam olsun ölümün üzünə gülən Mücahidlərə!!! Hamınız üçün çox darıxmışam. Allah-Təala bizi İmam Hüseyn (ə)-la məhşur etsin! Amin! İnanın, Azərbaycanda baş verən hadisələrdən çox narahatam. Narahatam ki, Allah-Təala mömünlərin üzünə şəhadət qapısı açıb, amma mən də orada yoxam. Hicab problemi Allahın mömünlük iddiası edən namaz qılanlara bir imtahanıdır. İmam Hüseyn (ə)-ın hərəkatın başa düşən insanlar gərək bu günlərdə şəhadət qüsullarını alıb hazır olsunlar. Hicab, qapı arxasında qalan anamız Həzrəti Zəhra (s.ə.)-nın əmanətidir! Hicabı müdafiə etmək hətta zindanlarla və yaxud şəhadətlə başa gəlsə də bütün mömünlərin vəzifəsidir. Bu yolda Allahdan sizlərə kömək diləyirəm! Vəssəlamu ələykum!

Müqəddəs Nəcəf şəhəri dualarda bizi yaddan çıxartmayın.

 Xeber7 

  • Yazılıb
  • da (də) 2011 Nov 12