Tarix : 2011 Nov 12
Kod 26534

Böyük Rəhbər: İran xalqı təhdidlərə möhkəm cavab verir

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Düşmənlər, xüsusilə ABŞ və sionist rejim bilməlidirlər ki, İran xalqı heç bir ölkə və xalqa qarşı təcavüz əhli deyil
well/Aran agentliyi

İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Düşmənlər, xüsusilə ABŞ və sionist rejim bilməlidirlər ki, İran xalqı heç bir ölkə və xalqa qarşı təcavüz əhli deyil. Amma hər növ təcavüz, hətta təhdidə tam qüdrətlə və elə bir şəkildə cavab verəcək ki, təcavüzkarları öz içərilərindən məhv etsin.

İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullah əl-Üzma Xamenei bu gün İmam Əli (ə) Ordu Zabiti Akademiyasında İran İslam Respublikası ordusunun zabit məzunlarının buraxılışına həsr olunmuş mərasimdə söyləyiblər: İranın möhkəm xalqı yalnız oturub, maddi qüdrətlərin təhdidinə tamaşa edəcək xalq deyil.

"Hər bir kəs İran İslam Respublikasına təcavüz etməyi xəyalından keçirərsə, ordu, Sepah və Bəsicin, bir sözlə İranın böyük xalqının möhkəm silliləri və polad yumruqlarını qəbul etməyə hazır olmalıdır" –deyə Böyük Rəhbər bildiriblər.

İran Silahlı Qüvvələrinin Ali Baş Komandanı söyləyiblər: İslam Respublikası quruluşunun strukturu, milli birlik və İran xalqının kütlələri arasında ürəklərin yaxınlığı ən önəmli önləyici qüdrətdir. Hamı quruluşun bu möhkəm strukturunu qorumalı və möhkəmliliyini daha da artırmalıdır.

Silahlı qüvvələr, o cümlədən ordunun müdafiə hazırlığına toxunan Böyük Rəhbər deyiblər: Dəyanət, iman və təqvanın kənarında ordunun silahlı qüvvələrinin müdafiə hazırlığı ölkə və İran xalqı üçün izzət yaradıcıdır və onu qoruyub möhkəmləndirmək lazımdır.

İslam İnqilabının Böyük Rəhbəri qeyd ediblər: Hələ də xalqlarla ölkələr arasındakı əlaqənin silah qüdrətinə əsasən təyin olunduğu və quldurların polad yumruqlarla xalqların talelərini ələ keçirməyə çalışdıqları bir dünyada öz müdafiə hazırlığını sübut edən xalq zərbələrdən amanda qalacaqdır. 

  • Yazılıb
  • da (də) 2011 Nov 12