Tarix : 2011 Nov 12
Kod 26553

Ayətullah Məkarim Şirazinin Azərbaycan Respublikası qəzetlərinə cavabı

Mərcəiyyət bütün müsəlmanlara aiddir və onun üçün heç bir hədd və sərhəd yoxdur
well/Aran agentliyi

 

Mərcəiyyət bütün müsəlmanlara aiddir və onun üçün heç bir hədd və sərhəd yoxdur. Mərcənin vəzifəsi hər bir yerdə İslam hökmlərini himayə etməkdir və bəzilərinin fikirləşdiklərinin əksinə olaraq, başqa ölkələrin daxili işlərinə dəxalət deyil. Çünki onların hər yerdə ardıcılları və müqəllidləri vardır.

Mərcəiyyət bütün müsəlmanlara aiddir və onun üçün heç bir hədd və sərhəd yoxdur. Mərcənin vəzifəsi hər bir yerdə İslam hökmlərini himayə etməkdir və bəzilərinin fikirləşdiklərinin əksinə olaraq, başqa ölkələrin daxili işlərinə dəxalət deyil.

"Hövzə Xəbər Mərkəzi"nin verdiyi məlumata əsasən, həzrət Ayətullah əl-üzma Məkarim Şirazi öz xaric fiqh dərsinin əvvəlində bir neçə gün bundan qabaq Azərbaycan Respublikasındakı islamofobiya ilə bağlı dediyi sözlərin bu ölkənin dövlət qəzetlərində böyük həcmlə qarşılaşmasına işarə edərək dedi: "Həqiqətdə bu məsələ mərcəiyyətin öz vəzifəsini yerinə yetirməsidir. Bundan əlavə, bizim onlara qarşı qonşuluq haqqımızın əda olunması idi".

Ayətullah Məkarim Şirazi davam etdi: "Bu ölkənin müsəlmanları və şiələri bizim qardaşlarımızdır və bu ölkənin demək olar ki, az qala hamısını təşkil edirlər. Onlar, İslam hökmləri, hicab və s. ilə hər hansı bir müxalifətdən əziyyət çəkirlər. Allah eləməmiş bu məsələ onların ölkəsinin qarışmasına gətirib çıxarar. Biz bütün İslam ölkələrinin, xüsusilə də qonşularımızın sabitliyini istəyirik. "

Ayətullah Məkarim Şirazi, özünün onların düşündükləri kimi nə Xubriqan Məclisinin üzvü nə də hər hansı partiya və ya cəmiyyətin üzvü olduğuna təkid edərək dedi: Mərcəiyyət bütün müsəlmanlara aiddir və onun üçün heç bir hədd və sərhəd yoxdur. Mərcənin vəzifəsi hər bir yerdə İslam hökmlərini himayə etməkdir və bəzilərinin fikirləşdiklərinin əksinə olaraq, başqa ölkələrin daxili işlərinə dəxalət deyil. Çünki onların hər yerdə ardıcılları və müqəllidləri vardır".

Böyük təqlid mərcəyi təkid etdi: "Biz nə onların torpağına göz dikmişik və nə başqa fikrimiz vardır. Bizim hədəfimiz yalnız İslam hökmlərini və Azərbaycan xalqının xoşbəxtliyini himayə etmək olubdur. Ümid edirəm ki, bu bəyanla bizim hədəfimiz aydın olacaq və inşallah bundan sonra xalqın məzhəbi etiqadlarını yaralayacaq işlər görməsinlər".

 

 

  • Yazılıb
  • da (də) 2011 Nov 12