Tarix : 2011 Nov 12
Kod 26554

Ərdəbil imam cüməsinin Azərbaycanın Gəncə, Şirvan və Lənkəran camaatına təşəkkürü

Biz, sonsuz ədəb və qarşılıqlı hörmətlə İranı dəstəkləyən bu regionların əhalisinə öz təşəkkürümüzü bildiririk
well/Aran agentliyi

 

Vəliyyi-fəqihin Ərdəbil əyalətindəki nümayəndəsi dedi: "Dünya zorçularının İran əleyhinə təhdidləri İranın siyasi çəkisini beynəlxalq aləmdə daha da artırmışdır".

Ərdəbilin imam cüməsi höccətül-islam vəl-müslimin Seyid Həsən Amili bu həftəki cümə namazının xütbələrində bildirdi: "Əgər müharibə olsa, zor gücünə əl atanların qarışmış vəziyyəti əvvəlkindən də pis olacaq və regionda əmin-amanlıq olmayacaq".

Ərdəbil cümə namazının xətibi ABŞ və sionist rejimin dünyada ən mənfur ölkə olmalarına işarə edərək dedi: "Zor gücünə əl atanların yersiz təhdidləri İranı qorxuda bilməməkdən əlavə İranın siyasi çəkisini beynəlxalq aləmdə daha da artırmışdır. Təhdidlər onlara "Super güclər İrandan qorxub, geri çəkildi" mesajını öz ardınca gətirəcək".

Seyid Həsən Amili, Azərbaycanın Gəncə, Şirvan və Lənkəran camaatına iranlılarla həmdərd olduqları və zorçu ölkələrin İrana hücum etməməsi üçün nəzir-niyaz etdiklərinə görə təşəkkür edərək dedi: "Biz, sonsuz ədəb və qarşılıqlı hörmətlə İranı dəstəkləyən bu regionların əhalisinə öz təşəkkürümüzü bildiririk".

Ərdəbilin imam cüməsi cümə namazının xütbələrinin sonunda qarşıdan gələn Qədir-Xum bayramını İslam ümmətinin böyük bayramı olduğunu qeyd edərək, dedi: "Qədir-Xum bayramı günü gözəl ənənəyə uyğun olaraq, seyidlər "Mirzə Əli Əkbər" məscidinə toplaşacaqlar və müsəlmanlar bu günün hörmətini saxlamaq üçün onlarla (seyidlərlə) görüşsünlər və bunu bir ibadət bilsinlər".

  • Yazılıb
  • da (də) 2011 Nov 12