Tarix : 2011 Nov 12
Kod 26555

İlham Əliyevi hakimiyyətdə saxlayan Ramiz Mehdiyevdir

''Hökumət neftin iyindən o qədər keflənib ki, gələcək barədə fikirləşmir”
well/Aran agentliyi

 

 

"Hökumət neftin iyindən o qədər keflənib ki, gələcək barədəfikirləşmir”

Dünyanın nüfuzlu nəşrlərindən biri olan "The Economist” dərgisi Azərbaycandakı vəziyyətləbağlı geniş məqalədərc edib. Məqalənin tərcüməsi "Azadlıq” radiosunun saytında yerləşdirilib.

Azərbaycanın paytaxtı Bakıda Xəzər dənizinin sahillərindəgəzəndə, burnuna neftin iyi dəyir. Sən burada ya nefti, ya da onun bəhrəsini görəbilərsən: genişzolaqlı sahil xəttindəmərmər sürahilər, proyektorların işıqlandırdığı fəvvarələr, «Tiffany» və«Gucci» butikləri, hökumətin Londondan gətizdirdiyi, bənövşəyi rənglətdirilmiş qara taksilər, dünyada ən hündür dirək üzərindəki nəhəng dövlət bayrağı. Bu bayraq gələn il «Eurovision» mahnı müsabiqəsinin keçiriləcəyi arena üzərindəyellənir.

2006-cı ildəəsas neft ixrac kəməri istismara veriləndən ölkəyəaxmağa başlayan neft pulları sovetlərin elədəsevimli şəhəri olmayan Bakını gözqamaşdıran paytaxta çevirib. Ancaq yerli sakinlərin tez-tez evlərindən çıxarılması halları da baş verir. Neft pulları dəyişikliyəmüqavimət göstərən avtokratik vəkorrupsiyaya uğramış siyasi sistemi qoruyub saxlayır.

 

ƏRƏB İNQİLABLARI DALĞASI NİYƏDAYANDI?

Azərbaycanı İlham Əliyev idarəedir. O, prezidentliyi atasından miras alıb. Atası Heydər ağıllı KQB generalı olaraq Azərbaycanı sovet dövründəidarəedib. Oğlu 2003-cü ildəhakimiyyətəgələndə, çoxları onu Moskvada təhsil almış, atasının bacarıqları olmayan «qızıl kimi oğlan» sayırdı. Ancaq ötən illər ərzindəo, hakimiyyətini möhkəmləndirib, müxalifəti sıxışdırıb, rəqiblərini məhv edib, prezidentliyəlimiti götürüb. O, həmçinin ölkənin sürətləartmaqda olan neftəbağlı inkişafına da nəzarət edib. Bakının mərkəzindənümayiş olunan sərvət şəhər kənarlarına çıxmasa da, sadəazərbaycanlıların da gəlirləri artıb. Yoxsulluq azalıb.

Ərəb inqilabları dalğasının Bakı sahillərindədayanması da bununla izah oluna bilər. Martda bir neçəyüz nümayişçini polis dağıtdı; 14 nəfər hələdəhəbsdədir. Hökumət narazılığın səbəbini qismən azaltmağa çalışdı, hətta müvəqqəti olaraq korrupsiya iləkiçik miqyasda mübarizədəapardı - azından narazılıq səngiyənəcən.

Qərbin Azərbaycanı tənqid etməyənəiradəsi, nədəgücü var. Amerika üçün Azərbaycan Əfqanıstana tranzit marşrutudur. Avropa üçün o, qeyri-rus qazının mühüm potensial mənbəyidir. Qaz vəcoğrafiyası Azərbaycana beynəlxalq yük qazandırsa da, əslindərejimi saxlayan neftəəsaslanan qorxu, təhdiddir.

 

RAMİZ MEHDİYEV VƏOLİQARXLAR

Müxalifət dişsizdir, ancaq bu, o demək deyil ki, siyasət ölüb. Bunu bir rəsmi deyir. Siyasət sistemdəbir neçəoliqarx qrupların balanslaşdırılmasında özünü göstərir. Klan maraqlarına vasitəçilik edən əsas fiqur Prezident Administrasiyasının 73 yaşlı rəhbəri Ramiz Mehdiyevdir. O, Heydər Əliyevin vaxtında da həmin vəzifədəolub vəməhz Heydər Əliyev ona oğlunu hakimiyyətdəsaxlamağı etibar edib. Cənab Mehdiyev Daxili İşlər Nazirliyi vədövlət məmurlarına nəzarət edir, oliqarxlar isəiqtisadiyyatı idarəedir. Ən güclülərdən biri FövqəladəHallar naziriKəmaləddin Heydərovdur. Onun bəstələrini pop-ulduzlar oxuyurlar. O, gömrüyədənəzarət edir. London İqtisadiyyat Məktəbini bitirən, Britaniya kral ailəsi iləəlaqələri olan oğlu iləbirlikdəəsl biznes imperiyası qurublar. Bu imperiyaya balıqçılıq vəkürü, həmçinin mülkiyyət vətikinti sahəsindəki monopoliya daxildir.

 

GİZLİ  İQTİSADİYYAT

İqtisadiyyatın böyük hissəsi gizlidir. Azərbaycana ixrac olunan vəidxal kimi qeydəalınan mallar arasındakı boşluğa baxıb «qara iqtisadiyyat»ı görmək mümkündür. 2003-2009-cu illərin məlumatlarını təhlil edən iqtisadçı Qubad İbadoğlu deyir ki, bu rəqəm 10 milyard dollara bərabərdir.

Beynəlxalq Böhran Qrupunun keçən il yazdığına görə, korrupsiya təkcəelita üçün şəxsi varlanma vasitəsi deyil, həmçinin siyasi nəzarət üçün güclü vasitədir. Başdan ayağa hamı bir-biriləəlbirdir vəətraflarına yeni üzv qəbul etməyəmeyl göstərmirlər.

Bir dövlət qulluqçusu izah edir ki, hər kəs iki maaş alır: rəsmi vəzərfdəqeyri-rəsmi. Hökumət bütün qeyri-rəsmi ödənişlərin hesabını aparır. «Cinayət o demək deyil ki, oğurlayırsan, odur ki, oğurlayırsan vəbu barədəməlumat vermirsən». Hökumət asanlıqla rüşvəti vergiyəçevirəbilərdi. Araşdırmaçı jurnalist Xədicəİsmayılın fikrincə, zərflər adamları minnətdar edir, razı salır, vergi isəonları tələbkar vətəndaşlara çevirir.

Ancaq bütün bu sistem daim artan pul qazanından asılıdır. 2005-2008-ci illərdəAzərbaycanın iqtisadiyyatı 25 faiz artıb. Bu il neft istehsalına investisiya qoyuluşu başa çatdığından artım 1 faizdən az olacaq. Neft pulları inkişaf illüziyası yaradır, iş yerləri yox. Baxmayaraq ki, neft istehsalı güclüdür vəölkəpulsuz qalmayacaq, inkişaf etmək üçün islahatlar lazımdır. İndiliksəhökumət neftin iyindən o qədər keflənib ki, gələcək barədəfikirləşmir.

  • Yazılıb
  • da (də) 2011 Nov 12