''Azərbaycan Respublikasında şəriət məhkumları'' silsilə görüşlər Təbrizdə davam edir
well/Aran agentliyi
"Azərbaycan Respublikasında şəriət məhkumları" silsilə görüşlər Təbrizdə davam edir.
"Azərbaycan Respublikasında şəriət məhkumları" silsilə görüşlərdən üçüncüsü 9 noyabrda Şərqi Azərbaycan İslam İnqilabı Mədəni Tədqiqatlar Cəbhəsinin təşkilatçılığı ilə Təbrizin "İmam Məhəmməd Baqir (ə)" məscidində keçirildi.
Azərbaycanın yazıçı və kinorejissoru, ekspert Mehdi Nəlbəndi öz çıxışında ətrafda, xüsusilə də qonşu ölkələrdə baş verən hadisələrdən həmişə xəbərdər olmağın zəruriliyininə təkid edərək dedi: "İranın şimal-qərbində Azərbaycan Respublikası adlı müstəqil qonşu ölkə vardır və İİR rəsmi olaraq onun müstəqilliyini və ərazi bütövlüyünü tanıyan ilk ölkə olub".
Qafqaz məsələləri üzrə bu ekspert İranla AR arasında çoxlu ortaqlıqların olmasına, Gülüstan və Türkmənçay müqavilələrinə işarə edərək artırdı: "Bu iki müqavilə imzalanmazdan qabaq AR müstəqil bir ölkə deyildi və İran ərazisi sayılırdı. Amma müxtəlif dəlillər üzündən İrandan ayrıldı".
"Həmsayeyi xanezad" kitabının müəllifi çıxışının digər bir hissəsində dedi: "Kommunistlərin hökuməti zamanı sovet rəhbərləri şiə əleyhinə çoxlu proqramlar həyata keçiriblər. Məscidləri tövləyə, xalça muzeyinə çevirmələri, onlara qarşı çıxan şiə alim və ruhaniləri öldürmələri, Xəzərə tökmələri, edam etmələri bu proqramlardandır".
Mehdi Nəlbəndi o zamanın hakimlərini heç vaxt İslam dinini və şiəliyi zehinlərdən məhv edə bilmədiklərinə işarə edərək dedi: "İslam dini və şiəlik bir neçə cəhətdən bu region əhalisinin həyatından silinmədi. O cümlədən adların çoxu islamidir; Hüseynov, Əliyev və s. kimi. Dindar şairlər dini şerləri öz sinələrində gəzdirdilər və bu "ədəbiyyat fondu" adı ilə məşhurdur. Bu ədəbiyyatı camaat arasında demək heç cür mümkün deyildi və sinələrdə qorunmalı idi".
Təbriz radiosunun xaricə yayım proqramçısı sözünə davam etdi: "Kommunistlərin və Azərbaycanda şiə əleyhinə olan hökumətə qarşı müqabilə edən məntəqələrdən biri də Bakının imam Rzanın (ə) bacısı Rəhimə xatunun dəfn olunduğu Nardaran qəsəbəsi idi. İslam hərəkatı rəhbərlərindən mərhum Əlikram Əliyevin adını çəkmək olar. O, İslam İnqilabının qələbəsindən iki il qabaq yəmənli bir tələbənin vasitəsilə imam Xomeyni (rh) ilə tanış olur. Bu inqilabdan sonra Nardaran camaatının sevgi və diqqəti İran və İslam inqilabına qarşı daha da artır".
"Hacı Əlikram" sənədli filminin rejissoru özünün hacı Əlikram Əliyevlə görüşündən bir xatirə zikr edərək dedi: "O deyirdi: Biz təqribən iki il imam barədə tədqiq və axtarış etdik. Nəhayət 12 bəhmən 1357-ci ildə onun İrana qayıtmasını televizorda müşahidə etdik. Ayağını təyyarənin pilləsinə qoyduqda salavat göndərdik və öz qabaqkı təqlid mərcəmizdən imam Xomeyniyə (rh) üdul etdik."
Ekspet Mehdi Nəlbəndi hacı Əlikramdan başqa bir xatirə də danışdı: "Müharibə zamanı təhlükəli vəziyyət elan olundu və İraq qırıcıları İranın başı üzərində uçmağa başladı, biz evlərimizdə işığı söndürüb dua edirdik ki, İran xalqına heç nə olmasın".