Tarix : 2011 Nov 12
Kod 26561

Fransa Ermənistanın silah istəyinə yox cavabı verib

Ermənistan Müdafiə Nazirliyi ard-arda iki il – 2009 və 2010-cu illərdə Frans aMüdafiə Nazirliyi və bu ölkənin hərbi sənaye kompleksinin ...
well/Aran agentliyi

 Ermənistan Müdafiə Nazirliyi ard-arda iki il – 2009 və 2010-cu illərdə Frans aMüdafiə Nazirliyi və bu ölkənin hərbi sənaye kompleksinin ən böyük firmalarından olan “Nexter” şirkəti ilə uzaqvuran özüyeriyən artilleriya qurğularının alınmasına dair müzakirələr aparıb.

Xarici hərbi KİV-lərin məlumatına görə, Ermənistan Fransadan bir neçə ədəd 155 mm-lik AUF1 TA və GCT özüyeriyən toplarını satın almaq istəyib. İlkin mərhələdə tərəflər arasında razılaşma olsa da, son sözü Fransa parlamenti deyib və buna razılıq verməyib.

Məlumatda bildirildiyinə görə, Ermənistanın Fransadan silah alınmasına dair müraciəti Fransa Müdafiə Nazirliyinin bir neçə həftə əvvəl silah ixracatına dair açıqladığı illik hesabatında da yer alıb. Sənəddə Ermənistana silah satışına razılıq verilmədiyi qeyd olunsa da, Ermənistanın hansı silahları üçün müraciət etdiyi göstərilməyib.

Lent.az

  

  • Yazılıb
  • da (də) 2011 Nov 12