“Eurovision 2012” üzdən iraqlar üçün nəzərdə tutulan pozğunçuluq müsabiqəsinə xalqın sərvətini xərcləyərək kül edən əliyevlər rejimindən bundan artıq heç bir şey gözləmək olmaz
well/Aran agentliyi
“Eurovision 2012” üzdən iraqlar üçün nəzərdə tutulan pozğunçuluq müsabiqəsinə xalqın sərvətini xərcləyərək kül edən əliyevlər rejimindən bundan artıq heç bir şey gözləmək olmaz. Dövlətin mövcud büdcəsi əlbbət Azərbaycanda yaşayan bir neçə nəfərlik yəhudi və xristian icmaları üçün nəzərdə tutulub. Və onda heç bir müsəlmanın haqqı yoxdur.
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Kürdəmir rayonunun mərkəzində yerləşən Məscid kanalizasiya və yağış sularının altında qalıb. Neçə illərdir ki, rayonda bir balaca yağış yağan kimi məscidin həyətyanı sahəsini su basır. Lakin rayon icra hakimiyyəti bu problemi həll etmir. Allah evinin su altında qalmasına göz yumur. Məscidə ibadətə gələn insanlar öz hesablarına məscidin içərisinə girə bilmək üçün daş və çınqıl alaraq bir “yol” düzəldiblər. İbadət əhli məscidi boş qoymamaq üçün çətinliklə də olsa, buraya üz tuturlar. Dəfələrlə icra hakimiyyətinə müraciət olunsa da, problem qalmaqdadır.
Məsələ ilə əlaqədar Deyerler.Org-a açıqlama verən rayon icra hakimiyyətinin rəsmis Ağəli Xanbaba oğlu Kərimli deyib ki, problemin yaranmasına səbəb məscidin yaxınlığından keçən kanalizasiya xətdinin sıradan çıxmasıdır. “Məscidin olduğu ərazi 63-cü məhəllə adlanan ərazidə yerləşir. Həmin ərazidə kanalizasiya xətti Sovet dövründə çəkilib və hazırda, demək olar ki, xətt bərbad gündədir. Artıq rayonun kanalizasiya sisteminin yenidən qurulmasına başlanılıb. Bu problem yaxın zamanda həll olunacaq”
Rayon İcra Hakimiyyətinin Allah evinin su altında qalmasına biganə qalması məscid ətrafında yaşayan insanları da narahat etməkdədir. Söhbət etdiyimiz insanlar məscidin suyunun çəkilməsi üçün lazımı tədbirlərin görülməməsindən şikayətlənirdilər.