Tarix : 2011 Nov 13
Kod 26576

ABŞ qonşu ölkələri İrana düşmən etmək istəyir!

Ərəbistanın ABŞ-dakı səfirinin terror edilməsi planına dair ssenarinin yalan olmasının ifşa olunması ilə Amerikanın etibarsızlığı bir daha sübut olundu və bunun ...
well/Aran agentliyi

 

Ərəbistanın ABŞ-dakı səfirinin terror edilməsi planına dair ssenarinin yalan olmasının ifşa olunması ilə Amerikanın etibarsızlığı bir daha sübut olundu və bunun ardınca ABŞ-ın casusluq-təxribatçı orqanları İranla bağlı Azərbaycan Respublikası və bir neçə ölkə barəsində yeni ssenari planlaşdırıblar.

İfratçı türkçü və qərbpərəst Yeni Müsavat qəzeti "Fox 11" kanalına istinadən bir anonsun məlumatını yayıb. Kanalın anonsunda bir neçə ölkə, o cümlədən Azərbaycan Respublikasında siyasi qətllər üçün İranın planlarının aşkarlanmasına dair əsassız iddia təqdim olunacaq!

Fox 11 telekanalı iddia edib ki, bu "kəşfi" ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi MKİ həyata keçirib.

İslam İnqilabı Keşikçilər Korpusunu bədnam etmək üçün amerikalılar tərəfindən planlaşdırılmış ssenariyə əsasən, bu qətllər meksikalı narkotik maddələr qaçaqmalçısının köməyi ilə Sepah tərəfindən Səudiyyə Ərəbistanı, Azərbaycan Respublikası, İraq və Türkiyədə həyata keçirilməli imiş!

Siyasi ekspertlərin qənaətincə, ABŞ-ın casusluq-təxribatçı qurumları, o cümlədən MKİ və FTB (Federal Təhlükəsizlik Bürosu) İran tərəfindən terror planına dair əsassız iddiaları irəli sürməklə bir tərəfdən İrana qarşı region ölkələrinin ümumi fikrini təhrik etməyə çalışır, digər tərəfdən isə bölgədə bu ölkələrə ABŞ və sionist rejimin casusluq-təxribatçı fəaliyyətlərini kəskinləşdirməyi qəbul etməsinə hazırlayırlar.

Son təsdiqlənmiş məlumatlar ABŞ və sionist rejimin casusluq-təxribatçı komandalarının İranla qonşu bir neçə ölkədə, o cümlədən Azərbaycan Respublikası, Türkmənistan, Əfqanıstan və Türkiyədə yerləşdirildiyindən xəbər verir.

Amerikanın regionda təxribatçı hərəkətləri və hərbi təhriklərinin artması ilə paralel olaraq region ölkələrində ABŞ-a qarşı xalq nifrət dalğası da güclənməkdədir.

 

  • Yazılıb
  • da (də) 2011 Nov 13