Tarix : 2011 Nov 13
Kod 26579

Azərbaycan Respublikasında hakimiyyətdə qalmaq davası

İlham Əliyevin prezidentlik dövrü başa çatmaq astanasında hakimiyyətdə olan naxçıvanlıların həyəcanları öz yüksək həddinə çatmışdır
well/Aran agentliyi

 

İlham Əliyevin prezidentlik dövrü başa çatmaq astanasında hakimiyyətdə olan naxçıvanlıların həyəcanları öz yüksək həddinə çatmışdır. Onlar, İlham Əliyev Azərbaycanda necə deyərlər, ömürlük prezident olmadığı surətdə, öz mənafe və mövqelərini əldən verəcəklərindən qorxurlar. Əliyevlərin 20 illik hakimiyyəti dövründə özlərinə çoxlu sərvət toplayanlar, İlham Əliyevin hakimiyyətdən gedəcəyi və onun xanımı Mehriban Əliyevanın prezidentliyini qəbul etdikləri təqdirdə paşayevlərin onları hökumət kürsülərindən kənarlaşdıracağından vahiməyə düşürlər. Bu mövzudan qorxan hakimiyyətdə olan naxçıvanlılar, keçən ay ölkənin mərkəzi şəhərlərinin birində toplaşaraq, İlham Əliyevdən yenidən ömürlük demokratik?! prezidentlik kirsüsünə oturmağını istədilər. Bununla da ölkənin bol sərvətindən daha artıq istifadə edə bilsinlər.

Qeyd edək ki, bu mövzuda Ramiz Mehdiyev daha çox rol oynayır. Belə ki, dünən "Azadlıq" saytı da bu məsələyə toxundu və "İlham Əliyevi hakimiyyətdə saxlayan Ramiz Mehdiyevdir" başlığı ilə yazı dərc etdi.

  • Yazılıb
  • da (də) 2011 Nov 13