Tarix : 2011 Nov 13
Kod 26581

İş prezidentin nəzarətindədir?

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədri olduğu Baş prokuror yanında
well/Aran agentliyi

 

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədri olduğu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Əvəz Zeynallının hesabına rüşvət toplamağa başlayıb

 İş prezidentin nəzarətindədir?«Xural» qəzetinin təsisçisi və baş redaktoru Əvəz Zeynallı Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən həbs olunduğu gündən ona məxsus iki telefon qanunsuz olaraq alınıb və bu günə qədər də telefona daxil olan zənglərin qeydə alınması məqsədilə açıq saxlanılır - yazır Xural. Telefonun yaddaşında adı və telefon nömrəsi olan bütün vətəndaşlar, iş adamları, dövlət məmuru olan adamlar Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağrılaraq təhdid edilir, qorxudulur və Əvəz Zeynallının əleyhinə ifadələr vermələri tələb olunur. Həmin adamların sözlərin görə, onlardan tutduqları vəzifə müqabilində 5-15 min manat arası rüşvət tələb edilir. İradəsi zəif olan, qorxaq və cəsarətsiz adamlardan Əvəz Zeynallının əleyhinə ifadə vermələri tələb olunur. Bununla yanaşı onlardan rüşvət də tələb olunur ki, məsələni onların əleyhinə «qəlizləşdirməsinlər». Arxası olan, məmur, iş adamlarından isə, prezident İlham Əliyevin adından istifadə edərək, «iş prezidentin nəzarətindədir» deyib, külli miqdarda rüşvət tələb edirlər.

IslamTimes

  • Yazılıb
  • da (də) 2011 Nov 13