Rusiyanın bir sıra ictimai fəalları və azadfikirliləri mətbuat konfransında Azərbaycan Respublikasındakı dini məhdudiyyətləri məhkum ediblər
well/Aran agentliyi
Rusiyanın bir sıra ictimai fəalları və azadfikirlilərimətbuat konfransında Azərbaycan Respublikasındakı dini məhdudiyyətləri məhkum ediblər.
"Arannews"in "Hövzə Xəbər Mərkəzi"nə istinadla verdiyi məlumata əsasən, Moskva şəhərində Rosbalt İnformasiya Mərkəzinində"Azərbaycanda ictimai-siyasi həyatındurumu" mövzusunda keçirilən konfransda iştirak edənlər Azərbaycanda xalqın öz dini istəkləri qarşısında onlara təzyiqlər göstərilməsini və ölkədəki dini məhdudiyyətləri məhkum edərək, Bakı dövlətini insan haqlarına riayət etməyə çağırıblar.
Rusiya Strateji Araşdırmalar Mərkəzinin birinci vitse-prezidenti: Hicab məhbuslarını azad edin
Rusiya KİV-i tərəfindən geniş qarşılanan bu mətbuat konfransında Rusiya Strateji Araşdırmalar Mərkəzinin birinci vitse-prezidenti Qriqori Trofimçuk Azərbaycanda azlıqda olan millətlərin haqlarına riayət edilməməsini və ölkədə hökm sürən hazırkı vəziyyəti bütün Qafqaz regionunun sabitsizliyinin səbəbi olduğunu bildirdi.
O, xüsusi olaraq Azərbaycanda azlıqda yaşayan talışların sülhsevər, vətənpərvər və Rusiyanın dostu olmasına işarə edərək, Bakı dövlətindən Azərbaycan əhalisindən olan bu millətin haqlarına daha ciddi yanaşmağı tələb etdi. Ekspert bildirdi ki, Azərbaycan hakimiyyəti talış xalqının hüquq və azadlıqlarına hörmət edilməsinə ciddi diqqət yetirməsə, bu, nəinki Azərbaycandakı siyasi situasiyada, eyni zamanda regiondakı geosiyasi durumda öz əksini tapacaq.
Vitse-prezidenthəmçinin, hicabı müdafiə etdikləri üçün həbs olunanların azadlığını tələb etdi.
“Talış diasporası” ictimai təşkilatının sədri İsmayıl Şabanov: Şiələrlə mübarizə səhv bir addımdır
“Talış diasporası” ictimai təşkilatının sədri İsmayıl Şabanov Azərbaycan dövlətinin talışları separatçı millət adlandırmasını pisləyərək, Azərbaycanda yaşayan talışların istəyini onlara qarşı olan fərqin aradan qaldırılması, onların ibtidai hüquqlarına hörmətlə yanaşılması olduğunu bildirdi və Azərbaycan dövlətinin rəftarını beynəlxlaq insan haqlarına zidd bir addım kimi dəyərləndirdi.
O həmçinin, hazırda Azərbaycan dövlətinin şiələrin məzhəbi etiqadları ilə mübarizəyə qalxmasını və qarşıda tutduğu yolun səhv olmasının indidən aydın olduğunu bildirdi. Çünki Azərbaycan dövləti ölkədəki azğınlıq və özbaşınalığın qarşısını almaq əvəzinə öz vətəndaşlıq hüquqlarını tələb edən bir dəstə inanclı şəxsin həbsindən başqa heç nə düşünmür və ölkəni xarici ölkələrin ixtiyarına qoyublar.
Azərbaycan Respublikasının ABŞ-a yaşıl işığı
Bu sözləri təsdiq edən Rusiyada məskunlaşmışşiə müsəlmanların dini təşkilatının sədri Famil Cəfərov Azərbaycanda dövlətin möminlərə təzyiq etməsinə işarə edərək,bildirdi ki, 2007-ci ildən başlayraq, Azərbaycanda mömnlərə qarşı təzyiqlər artırıldı,məscidlərdən azanın yayılması qadağan oldu, bəzi məscidlər dağıdıldı, hicab faktiki olaraq qadağan edildi. Bu prosses hələ də davam etməkdədir. Ölkə müsəlmanlarının rəhbərləri və fəallarına təzyiq göstərməklə, onları həbs etməklə, dindarları həddən artıq sıxışdırılır. Halbuki, Bakı ölkəni ABŞ-ın ixtiyarında qoymaq üçün vəhabilərə "yaşıl işıq" yandırmışdır. Azərbaycan dövlətinin himayəsi ilə region üçün ciddi bir təhdid sayılan vəhabi firqələri Azərbaycanda öz nüfuzlarını genişləndiriməkdədir".
Rusiya federal ləzgi muxtariyyatının prezidenti Arif Kərimov Azərbaycanda aparılan məhdudlaşdırıcı və sıxışdırma siyasəti əsasında ləzgilərin tədrici yoxa çıxmasına işarə edərək dedi: "Son siyahıya alınmaya əsasən, son altımışildə ləzgilərin sayı cəmi iki yarım dəfə artıb və ləzgilər Azərbaycanda azlıqda yaşayan digər millətlərlə yanaşı tədriclə yoxa çıxıblar".
Azərbaycanın rəftarı insan haqları ilə ziddir
Jurnalist və mədəniyyətşünas, sivilizasiyalar dialoqunun eksperti Sergey Markus, Azərbaycanda millətlərə qarşı olan məhdudiyyətlərin beynəlxalq insan hüquqları ilə zidd olmasını açıqladı. Həmçinin bildirdi ki, sivilizasiya və mədəniyyətin davamı üçün böyük ölkələr dinə, mədəniyyətə, xalq ənənələrinə, azlıqda yaşayan millətlərə hörmətlə yanaşmalıdır.
"Azərbaycanda ictimai-siyasi həyatındurumu" tədbirində çıxış edən ekspert və azadfikirlilərin çıxışlarından sonra jurnalistlər onlara öz suallarını verdilər. Sualların çoxu Azərbaycan Respublikasında yaşayan milli azlıqlar, həbs olunmuş dini rəhbərlərin vəziyyəti barədə oldu. İctimai fəallar verilən sualların cavabında müsəlman ölkəsi olan Azərbaycan Respublikasında ən önəmli insan haqları sayılan insanların əqidəsinə hörmət etməyin ziddinə əməl olmasını və hələ də dini simvollarla mübarizəsinin davam etdirilməsini qeyd etdilər və Bakı dövlətindən etiqad məhbusları azad etməsini tələb etdilər.
Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədovun keçən ilin yanvar ayında Azərbaycan Respublikasının islamofobiya siyasətlərinə və hicab qadağasına qarşı etdiyi etiraz çıxışından sonra dörd nəfər tərəfdarları ilə birlikdə həbs edildi və hələ də həbsxanadadırlar. Sonda isə uzun müddətli həbs cəzasına məhkum oldular.