Tarix : 2011 Nov 15
Kod 26607

Bakıda Qədir-Xum bayramı münasibətilə tədbir keçirilib

Bu münasibətlə Bakıda ''Şəhriyyar'' adına mədəniyyət mərkəzində geniş tədbir keçirilib
well/Aran agentliyi

 

Bu münasibətlə Bakıda "Şəhriyyar" adına mədəniyyət mərkəzində geniş tədbir keçirilib

Tədbir ənənvi olaraq, Qurani-Kərimin tilavəti ilə başlayıb.Tədbirdə ziyalılar, ictimaiyyət nümayəndələri həmçinin İranın Azərbaucandakı səfiri Məhəmməd Baqir Bəhramı iştirak edib.Tədbirdə çıxıç edən səfir M.Bəhramı bütün dünyada olan müsəlmanları eləcədə Azərbaycan xalqını təbrik edib.Digər natiqlər bayramın fəlsəfəsindən danışıblar:

Vida həcci”ndən qayıtdıqda Allah-Təaladan Peyğəmbərimizə (s) vəhy gəldi ki, mühüm bir missiyası qalıb və bu missiyanı yerinə yetirməsə, risaləti sona çatmayacaq. Nə idi bu missiya? Özündən sonra ümmətə yol göstərə biləcək bir insanı tanıtdırmaq. Bu insan günahdan, səhvdən, xətadan uzaq olan müqəddəs bir sima olmalıydı ki, ümmətə birmənalı düz yol göstərsin. Peyğəmbərimiz (s) bu şəxsiyyətin Həzrət Əli (ə.s) olmasını ümmətə çatdırdı. Onu özündən sonra ümmətə rəhbər olaraq təqdim etdi. Bundan sonra Allah- Təaladan dinin kamil olması, İslamın bir din olaraq bəyənilməsi barədə ayə nazil oldu”.

salamnews

  • Yazılıb
  • da (də) 2011 Nov 15