Aldığımız məlumata görə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi bunun üçün gün təyin edib
well/Aran agentliyi
Aldığımız məlumata görə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsi bunun üçün gün təyin edib.
Azərbaycan İslam Partiyası oktyabrın 22-də keçirmək istədiyi mitinqə razılıq vermədiyi üçün Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. Məhkəməyə səbəb isə paytaxt meriyasından təşkilatın sərbəst toplaşmaq hüququnu bərpa etməsi və dəyən mənəvi ziyana görə 5 min manat ödəməsi tələbi olub.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan İslam Partiyasına oktyabrın 22-də paytaxtın “Ulduz” metrostansiyası və “Təbriz” kinoteatrı qarşısında mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə mənfi cavab verib və kütləvi aksiyanın keçirilməsini məqsədəuyğun hesab etməmişdi.
AİP-in sədr müavini Rövşən Əhmədlinin FaktXeber.com-a verdiyi məlumata görə, bu gün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən cavab məktubu daxil olub. Məktubda iddiaçılara bildirilir ki, cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı qaldırılmış sərbəst toplaşmaq azadlığına müdaxilənin qanunsuz sayılması, sərbəst toplaşmaq azadlığının təmin olunması və mənəvi zərərin əvəzinin ödənməsinə dair iddia üzrə işin şifahi məhkəmə baxışı 21 noyabr 2011-ci il saat 11-00-da keçiriləcək.