Qədir-Xum bayramı münasibətilə keçirilən tədbirdə dünyanın 60-dan çox ölkəsinin tələbələri qardaşlıq əqdi bağladılar
well/Aran agentliyi
Qədir-Xum bayramı münasibətilə keçirilən tədbirdə dünyanın 60-dan çox ölkəsinin tələbələri qardaşlıq əqdi bağladılar.
"Mehr"-in məlumatına əsasən, bazar ertəsi günü İmam Xomeyni (rh) Universitetində Qədir-Xum bayramı münasibətilə keçirilən tədbirdə Ayətullah əl-üzma Safi Gülpayaqaninin iştirakı ilə qeyri-iranlı tələbələrin əmmamə qoyma və qardaşlıq əqdi bağlama mərasimi keçirildi.
Quran qiraəti ilə başlanan tədbir qardaşlıq əqdinin ərəbcə mətninin oxunması ilə davam etdi və qeyri-iranlı tələbələr bir-birləri barədə dua etdilər və qardaşlıq əqdi bağladılar.
Həmçinin, mərasimdə Ayətullah əl-üzma Safi Gülpayaqani moizə etdi və Burkina Faso, Pakistan, Əfqanistan, Tacikistan, Myanma, Fil Dişi Sahili, Azərbaycan, Tanzania, Hindistan və digər ölkələrdən olan 35 tələbə, tələbəlik libası geyərək, Ayətullah əl-üzma Safi Gülpayaqaninin əli ilə əmmamə qoydular.
Almaniya, Tacikistan, Çindən olan 4 tələbə öz dillərində çıxış edərək, Qədir-Xum bayramı münasibətilə Ayətullah əl-üzma Safini təbrik etdilər.