Tarix : 2011 Nov 15
Kod 26614

Gəncədə Məhərrəm qabağı polis rejimi hökm sürür

Məhərrəm ayı gəlməmişdən öncə polis Gəncədə əməliyyatlar keçirir
well/Aran agentliyi

 

Məhərrəm ayı gəlməmişdən öncə polis Gəncədə əməliyyatlar keçirir. "Qazaxlar" məscidinə polislər basqın edib, məscidin axundu və mərsiyə deyən bölməyə aparılıb.

Gəncə inanclılarının FaktXeber.com-a verdiyi məlumata görə, Məhərrəm ayı gəlməmişdən öncə polis Gəncədə əməliyyatlar keçirib.

Gəncə dindarları bildirdilər ki, "bu ilin əvvəlində Gəncəyə təyin olunmuş icra başçısı hər dəfə iclaslarda "Aşura" olmayacaq deyirdi. Məhərrəm ayı yaxınlaşdığı üçün Elmar Vəliyevin göstərişi ilə Gəncədə Aşura yürüşündə hər il istifadə olunan bayraqlar, şüarlar və qara köynəklərin saxlandığı "Qazaxlar" məscidinə polislər basqın edib, məscidin axundu Hacı Rahil gəcə saat 12-də bölməyə aparılıb. Daha sonra isə məsciddə mərsiyə deyən Kərbəlayi Əmin də gəcə saat 2-də evindən polis bölməsinə aparılıb. Onlara tapşırılıb ki, məsciddə olan dini bayraq, köynək, şüarlar və hədislər yazılmış bannerlər oradan çıxarılsın. Onlar da polis təzyiqi altında məsciddə olan ləvazimatları gecəylə oradan çıxarıblar."

İnanclılar həmçinin bildirdilər ki, orada olan bayraqlar, köynəklər və sair invertarlar hər il Aşura yürüşündə və İmamzadədə istifadə olunur.

  • Yazılıb
  • da (də) 2011 Nov 15