Noyabrın 15-də İctimai Palata gənclərinin təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirilib
well/Aran agentliyi
Noyabrın 15-də İctimai Palata gənclərinin təşəbbüsü ilə Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında etiraz aksiyası keçirilib.
Meriyanın razılıq vermədiyi aksiyaya iştirakçılar iki istiqamətdən başlayıblar. Polis “İçərişəhər” metrostansiyası qarşısında aksiyaçıların bir qrupunun qarşısını kəssə də, digər bir qrup meriyanın binasına yaxınlaşıb. Polis aksiyaçılara zor tətbiq edib, plakatları alaraq cırıb və bir neçə nəfəri döyüb.
"Salamnews" -un verdiyi xəbərə görə, aksiya iştirakçılarından Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu, Müsavat Məclisinin üzvü Mustafa Hacıbəyli, Müsavat Gənclər Təşkilatının üzvləri Rauf Məmmədli, Elnur Əsgərov, Kərim Ağarzayev, Cavid Ələkbərov, Demokrat Partiyası Gənclər Təşkilatının sədri Cəmil Hacıyev saxlanılaraq Səbail rayon 9-cu polis bölməsinə aparılıblar. İştirakçılara aksiyanın qətnaməsini oxumağa imkan verilməyib.