Tarix : 2011 Nov 15
Kod 26617

Azərbaycan hakimiyyəti İslami mərasimlərə son qoydu Əlvida Din

PARLAMENT DİNİ QADAĞALARI SƏRTLƏŞDİRƏN LAYİHƏNİ QƏBUL ETDİ
well/Aran agentliyi

 

PARLAMENT DİNİ QADAĞALARI SƏRTLƏŞDİRƏN LAYİHƏNİ QƏBUL ETDİ. Bayrğımızdan Yaşıl rəngi çixartsağ daha məqsədə uyğun olar.

Noyabrın 15-də Milli Məclisin iclasında dini fəaliyyətlə bağlı dəyişikliklər layihəsi qəbul olunub.

 “Media forum” saytı xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib. Yeniliyə görə, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, islam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Cinayət Məcəlləsinə nəzərdə tutulan yeniliklərə görə, dini ayinləri icra etməyə mane olmağa görə cərimələrin maksimal həddi 2000 manatadək, dinə etiqada məcbur etməyə və dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etməyə görə cərimələrin maksimal həddi 9000 min manatadək artırılır. Bu əməllərə görə 5 ilədək müddətə azadlıqdan məhrumetmə də nəzərdə tutulur.

  • Yazılıb
  • da (də) 2011 Nov 15