Amnesty İnternational” ölkədə insane haqlarının ağır durumuna dair hesabat yaydı
well/Aran agentliyi
“Amnesty İnternational” ölkədə insane haqlarının ağır durumuna dair hesabat yaydı
Amnesty İnternational Beynəlxalq insan haqlarını müdafiə təşkilatı Azərbaycanda əsas azadlıqların vəziyyətindən bəhs edən xüsusi hesabatını yayıb. “Çiçəklər açmayan bahar: Azərbaycanda cilovlanmış azadlıqlar” adlanan hesabatda bu ilin martında baş verən etiraz aksiyalarında həbs olunanların durumundan bəhs edilir və beynəlxalq ictimaiyyət neft zəngini olan Azərbaycanda insan haqlarının pozulmasına göz yummamağa çağırılır.
Noyabrın 16-da yayılan sənədə görə hakimiyyətin sistematik qısnamalarına baxmayaraq, Azərbaycanda gənclər özlərinin toplaşma və ifadə azadlıqlarından istifadə etməyə yollar tapmağa çalışırlar: “Dissidentlərin təqiblərlə üz-üzə qaldıqları bir vaxtda internet azad sözün tək sığınacaq yerinə çevrilib. Dövlət televiziyası Facebook şəbəkəsindən istifadə edənləri ruhi xəstələr kimi təsvir edən verilişlər yayır.
Azərbaycanda küçədə “Azadlıq” şüarı səsləndirənə 10 gün həbs cəzası verilə bilər. Başqalarını da bu şüarı səsləndirməyə cəlb etmək isə ömrünün üç ilini həbsdə keçirməyə gətirib çıxara bilər” – deyə sənəddə qeyd olunur.
Hesabatda AXCP-nin gənc fəallarından olan Cabbar Savalanın, deputatlığa keçmiş namizəd və gənc fəalBəxtiyar Hacıyevin, Neft Akadmeiyasından qovulmuş Emin Bədəlovun, Fransada yaşayan gənc fəal Elnur Məcidlinin ailəsinin, Musavat partiyasının gənclər qurumunun rəhbəri Tural Abbaslı və Rüfət Hacıbəylininbaşına gələnlər haqqında ətraflı məlumat verilir.
Sənəddə nəticə kimi qeyd edilir ki, təşkiltın 2009-cu ildə yaydığı Azərbaycanda insan haqlarının vəziyyətinə dair hesabatından bəri ölkədə bu sahədə vəziyyət daha da pisləşib: “Hazırda bu ölkədə tənqidi söz deyənə dözüm çox aşağı səviyyədədir. Siyasətdə, jurnalistikada, təhsildə, hətta, sosial şəbəkələrdə, harda olursa-olsun, hökumətin ünvanına tənqidi çıxış edənlər bir qayda olaraq cəzalandırılır. Beynəlxaql dairələrin bu cür cəza tədbirlərinə susqun reaksiyası hökumətin əl-qolunu daha da açır, ona yardım vermiş olur.
Bəzi ölkələr Azərbaycanın neft və qaz sektoruna yüksək məbləğlərdə sərmayələr yatırıblar. Belə görünür ki, Azərbaycan hökuməti də öz addımlarında məhz həmin sərmayəçi dövlətlərə güvənir. Onların çoxu da bu ölkədə insan haqları pozuntularına göz yuman Avropa Birliyinin üzvü olan dövlətlərdir. Nəticədə də Azərbaycan hökuməti insan haqlarının vəziyyətinə görə səslənən tənqidləri ciddiyə almır”.
Amnesty İnternational nəticə kimi Avropa Komissiyasının prezidenti Joze Manuel Barrosoya göndərilmək üçün hazırladığı elektron müraciəti imzalamağa çağırır. Həmin müraciətdə Azərbaycanla ticarət əlaqələrində bu ölkədə insan haqları sahəsində irəliləyişlərə önəm verilməsi xahiş edilir. Bundan başqa, Bakı ilə təmaslarda ayrı-ayrı şəxslərin pozulmuş haqlarının gündəmə gətirilməsi istənilir.
Müraciətdə həmçinin Avropa Komissiyasının prezidentindən Cabbar Savalan, Bəxtiyar Hacıyev, Tural Abbaslı, Rüfət Hacəbəyli və başqalarının dərhal və qeyd-şərtsiz azadlığaı buraxılmasına çağırması xahiş edilir
Azadlıq” radiosu