Bakı Şəhər İcra Hakimiyyəti İslam Partiyasının (AİP) noyabrın 20-də keçirmək istədiyi mitinqə icazə verməyib
well/Aran agentliyi
Bakı Şəhər İcra Hakimiyyəti İslam Partiyasının (AİP) noyabrın 20-də keçirmək istədiyi mitinqə icazə verməyib
Bu barədə AİP-in mətbuat xidməti Akif Heydərli məlumat verib. O deyib ki, biz noyabrın 10-da Bakı Şəhər İcra Hakimiyyətinə müracət edərək, noyabrın 20-də mitinq keçirmək üçün müvafiq yerlər "Ulduz" metrostansiyası və "Təbriz" kinoteatrı qarşısında istəmişdik.
Bununla yanaşı, məktubda göstərmişdik ki, əlavə alternativ yerlərdə verə bilırsiniz.
Lakin paytaxt rəhbərliyi tərəfindən partiyaya ünvanlanan cavab məktubunda mitinqin keçirilməsinin məqsədəuyğun olmadığı bildirilib.
A.Heydərli bildirib ki, sərbəst toplaşmaq azadlığı hüququnun pozulmasından şikayətçi olan Azərbaycan İslam Partiyasının (AİP) Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiasına noyabrın 21-də baxılacaq.